OBA Market MMC
Ana səhifə
/
/
/
Tikintiyə nəzarət üzrə Baş Mühəndis

Tikintiyə nəzarət üzrə Baş Mühəndis

Bu gün

23

Təsvir

  • Yeni obyektlərin tikintisi, mövcud obyektlərin təmiri, rekonstruksiyası və istifadəyə hazırlanması proseslərinə texniki nəzarət etmək;
  • Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki tapşırıq, smeta, iş qrafiki, normativ tələblər və şirkətin standartlarına uyğun icrasını təmin etmək;
  • Tikinti sahələrində mütəmadi yoxlamalar aparmaq, görülən işlərin keyfiyyətini və faktiki icra vəziyyətini qiymətləndirmək;
  • Memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis sistemləri üzrə işlərin əlaqələndirilməsini təmin etmək;
  • Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək, onların müqavilə öhdəliklərinə, iş qrafikinə və keyfiyyət tələblərinə əməl etməsini izləmək;
  • Podratçılar tərəfindən təqdim olunan iş həcmlərini, görülmüş iş aktlarını və istifadə edilmiş materialları yoxlamaq;
  • Layihədə nəzərdə tutulmayan əlavə işlərin zəruriliyini əsaslandırmaq, həcmini müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək;
  • Tikinti materiallarının və avadanlıqların layihə spesifikasiyalarına, texniki standartlara və təsdiq edilmiş nümunələrə uyğunluğunu yoxlamaq;
  • Aşkar edilmiş qüsur və uyğunsuzluqları sənədləşdirmək, düzəldici tədbirlər müəyyənləşdirmək və onların vaxtında aradan qaldırılmasına nəzarət etmək;
  • İşlərin gecikməsi və ya büdcədən yayınma halları üzrə səbəb təhlili aparmaq və tədbirlər planı təqdim etmək;;
  • Obyektin texniki qəbulunda iştirak etmək, yekun qüsur siyahısını hazırlamaq və qüsurların aradan qaldırılmasını izləmək;
  • Tikinti xərclərinin optimallaşdırılması və iş keyfiyyətinin artırılması üzrə təkliflər vermək;
  • Tikintiyə nəzarət mühəndislərinin fəaliyyətini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələri qiymətləndirmək;
  • Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İnşaat mühəndisliyi və ya sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 5 il, texniki nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
  • Mağaza ya digər kommersiya obyektlərinin tikinti və təmirində təcrübə;
  • Memarlıq, konstruksiya və mühəndis sistemləri layihələrini sərbəst oxumaq və layihələrarası uyğunsuzluqları müəyyən etmək bacarığı;
  • İş həcmi cədvəllərini, smetaları, qiymət təkliflərini və görülmüş iş aktlarını yoxlamaq bacarığı;
  • Tikinti norma və qaydaları, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələbləri üzrə bilik;
  • Tikinti qrafikini hazırlamaq, icra vəziyyətini izləmək və gecikmələr üzrə bərpa planı tələb etmək bacarığı;
  • Qüsur aktı, gizli iş aktı, texniki baxış hesabatı və təhvil-təslim sənədlərini hazırlamaq bacarığı;
  • Podratçıların keyfiyyət, müddət, xərc və təhlükəsizlik göstəricilərinə əsasən qiymətləndirilməsi təcrübəsi;
  • Obyektin tikintiyə qəbulundan açılışa qədər olan prosesi müstəqil idarə etmək bacarığı;
  • AutoCAD proqramında layihələri sərbəst oxumaq və qeydlər aparmaq bacarığı;
  • Microsoft Excel proqramında hesabat, müqayisə və xərc təhlili aparmaq bacarığı;
  • MS Project və ya analoji proqramlarda iş qrafiki ilə işləmək bacarığı üstünlükdür;
  • Azərbaycan dilini sərbəst bilmək; rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Regionlara ezamiyyətə və tikinti sahələrində işləməyə hazır olmaq;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 4, 2026

Paylaşılıb

sentyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak