
Bu gün
18
Daxil olan müraciətlər əsasında aşkar edilmiş video görüntüləri daxili reyestrə əlavə edərək vahid məlumat bazasının yaradılması və təkmilləşdirilməsini təmin etmək;
Mağazalardakı təhlükəsizlik kameralarına mütəmadi nəzarət etmək, işçilər tərəfindən mümkün mənimsəmə halları üzrə araşdırmalar aparmaq;
Aşkar edilmiş mənimsəmə və itkilər üzrə video görüntülərə əsaslanaraq dəqiq məbləği hesablamaq və müvafiq hesabatlar hazırlamaq;
Şübhəli hesab olunan əməkdaşlarla görüntülər əsasında ilkin izahat xarakterli görüşlər keçirmək, sübutlar əsasında vəziyyəti aydınlaşdırmaq və izahatlar almaq;
Video materiallar əsasında cəmiyyətə dəymiş maddi zərərlərin səbəblərini təhlil etmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün riskləri müəyyənləşdirmək;
Araşdırma zamanı aşkar olunan mühüm video görüntüləri seçərək arxiv məqsədilə ayrıca daşıyıcılarda saxlanmasını və arxivləşdirilməsini təmin etmək;
Zəruri hallarda video materialları rəhbərliyə, aidiyyəti şöbələrə və hüquq-mühafizə orqanlarına təqdim etmək üçün müvafiq daşıyıcılara köçürərək hazır vəziyyətə gətirmək;
Ehtiyac yarandıqda hadisə yerinə ezam olunaraq operativ araşdırma aparmaq, görüntüləri yerində təhlil etmək və ilkin qiymətləndirmə həyata keçirmək;
İş qrafiki:
5 günlük
09:00-18:00
Ali təhsil
Video nəzarət, daxili audit, təhlükəsizlik və ya oxşar sahədə minimum 1-2 il iş təcrübəsi;
Təhlükəsizlik kameraları və video müşahidə sistemləri ilə işləmə bacarığı;
Analitik düşünmə və detallara diqqət yetirmə qabiliyyəti;
Mənimsəmə və itki halları üzrə araşdırma aparmaq bacarığı;
MS Excel və digər ofis proqramlarında işləmə bacarığı;
Yüksək ünsiyyət və izahat alma bacarığı;
Məxfilik prinsiplərinə ciddi riayət etmək;
Son tarix
May 31, 2026
Paylaşılıb
may 1, 2026
Vakansiya növü
Tam ştat