Müştəri brendləri üçün sosial media postları, reklam mətnləri, video/Reels ssenariləri, sloganlar, kampaniya mesajları, veb-sayt və digər marketinq materialları üçün kreativ mətnlərin hazırlanması.
Hər brendin mövqeləndirilməsi, hədəf auditoriyası və tone of voice-na uyğun kontent ideyalarının və kommunikasiya mesajlarının formalaşdırılması.
Kreativ direktor, dizayner, rəqəmsal marketinq və müştəri xidməti komandaları ilə birgə kampaniya və kontent konseptlərinin hazırlanması.
Mətnlərin qrammatik, üslubi və kommunikasiya baxımından yoxlanılması, redaktəsi və müxtəlif platformalara uyğunlaşdırılması.
Müştəri brief-lərinin araşdırılması, bazar və rəqib kommunikasiyalarının izlənilməsi və yaradıcı ideyaların təqdim edilməsi.
Eyni vaxtda bir neçə müştəri və layihə üzrə kontent tapşırıqlarının deadline-lara uyğun idarə olunması
Tələblər
Azərbaycan və Rus dillərində yüksək səviyyədə yazılı nitq, qrammatika və üslub biliyi; İngilis dili biliyi üstünlükdür.
Kreativ düşüncə, güclü storytelling və qısa, diqqətçəkən reklam mətnləri yazmaq bacarığı.
Sosial media, rəqəmsal reklam və brend kommunikasiyasının əsas prinsiplərini anlamaq.
Fərqli sektorlar və hədəf auditoriyalar üçün tone of voice-u çevik şəkildə dəyişə bilmək.
Detallara diqqət, araşdırma aparmaq, sürətli işləmək və feedback əsasında mətni təkmilləşdirmək bacarığı.
Agentlik, reklam, media və ya marketinq mühitində iş təcrübəsi və iş nümunələrinin/portfolio-nun olması üstünlükdür.
Vakansiya haqqında
Paylaşılıb
sentyabr 25, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr