OMNIMARK Agency

Copywriter

Dünən

72

Təsvir

  • Müştəri brendləri üçün sosial media postları, reklam mətnləri, video/Reels ssenariləri, sloganlar, kampaniya mesajları, veb-sayt və digər marketinq materialları üçün kreativ mətnlərin hazırlanması.
  • Hər brendin mövqeləndirilməsi, hədəf auditoriyası və tone of voice-na uyğun kontent ideyalarının və kommunikasiya mesajlarının formalaşdırılması.
  • Kreativ direktor, dizayner, rəqəmsal marketinq və müştəri xidməti komandaları ilə birgə kampaniya və kontent konseptlərinin hazırlanması.
  • Mətnlərin qrammatik, üslubi və kommunikasiya baxımından yoxlanılması, redaktəsi və müxtəlif platformalara uyğunlaşdırılması.
  • Müştəri brief-lərinin araşdırılması, bazar və rəqib kommunikasiyalarının izlənilməsi və yaradıcı ideyaların təqdim edilməsi.
  • Eyni vaxtda bir neçə müştəri və layihə üzrə kontent tapşırıqlarının deadline-lara uyğun idarə olunması

Tələblər

  • Azərbaycan və Rus dillərində yüksək səviyyədə yazılı nitq, qrammatika və üslub biliyi; İngilis dili biliyi üstünlükdür.
  • Kreativ düşüncə, güclü storytelling və qısa, diqqətçəkən reklam mətnləri yazmaq bacarığı.
  • Sosial media, rəqəmsal reklam və brend kommunikasiyasının əsas prinsiplərini anlamaq.
  • Fərqli sektorlar və hədəf auditoriyalar üçün tone of voice-u çevik şəkildə dəyişə bilmək.
  • Detallara diqqət, araşdırma aparmaq, sürətli işləmək və feedback əsasında mətni təkmilləşdirmək bacarığı.
  • Agentlik, reklam, media və ya marketinq mühitində iş təcrübəsi və iş nümunələrinin/portfolio-nun olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 25, 2026

Paylaşılıb

sentyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr