Pangea Highway Innovations
Ana səhifə
/
/
/
Layihə İcrası üzrə Texniki Koordinator

Layihə İcrası üzrə Texniki Koordinator

Bu gün

62

Təsvir

Layihə İcrası üzrə Texniki Koordinator kimi əsas vəzifəniz şirkət tərəfindən həyata keçirilən layihələrin tətbiqi və istismara verilməsi mərhələlərində sahədə aktiv iştirak etmək, müxtəlif texniki komponentlərin sazlanması, koordinasiyası və nəzarətini həyata keçirməkdir. Eyni zamanda sahədə yaranan texniki problemlərin operativ həllinə və avadanlıqların düzgün işləməsinə nəzarət vacib rol oynayır.


·       Layihələr çərçivəsində digər struktur bölmələrlə sıx əməkdaşlıq etmək

·       Layihə zamanı lazım olan materialların təminatını və nasaz avadanlıqların anbarda təhvilini təşkil etmək

·       Quraşdırılan avadanlıqların test, kalibrasiya və istismara verilməsi prosesində iştirak etmək

·       Qantri və dirəklər üzərindəki avadanlıqların kalibrasiya və konfiqurasiya işlərini yerinə yetirmək

·       Yol səthinə quraşdırılmış sensor və cihazların sazlanması və yoxlanmasını təmin etmək

·       Yerli və xarici təchizatçılarla koordinasiyalı şəkildə inteqrasiya və istismara verilmə mərhələlərini idarə etmək

·       Texniki nasazlıqların səbəblərini təyin edərək uyğun texniki həll yolları tapmaq və tətbiq etmək

·       Sistem və proqram təminatlarının quraşdırılması və monitorinqini təmin etmək

·       Layihənin gedişatına təsir edə biləcək riskləri (elektrik, infrastruktur, fiber-optik bağlantılar və s.) müəyyən edib rəhbərliyə bildirmək

·       Quraşdırılmış avadanlıqların dövri texniki baxışını, xidmətini və ehtiyac olduqda təmirini yerinə yetirmək

·       Avadanlıqların enerji və məlumat bağlantılarını yoxlamaq və sistem performansını qiymətləndirmək

·       Bütün sahə işlərini Əməyin Təhlükəsizliyi qaydalarına uyğun şəkildə həyata keçirmək

·       Şirkətə məxsus nəqliyyat vasitələrinin və texniki avadanlıqların texniki vəziyyətini izləmək

Tələblər

·       Əlaqədar sahə üzrə ali təhsil

·       Müvafiq texniki sahədə minimum 3 il iş təcrübəsi

·       Avtomobil idarəetmə bacarığı və etibarlı sürücülük vəsiqəsi

·       Səfər məhdudiyyəti olmaması və sahə şəraitində işləməyə tam hazır olmaq

·       Komanda ilə işləmə bacarığı və yüksək məsuliyyət hissi

·       Zəif cərəyan sistemləri (sensor, kamera və s.) üzrə texniki biliklər

·       Sensor və digər texnoloji avadanlıqların quraşdırılması üzrə praktiki təcrübə

·       Zamanın planlanması, texniki nəzarət və icra üzrə təcrübə

·       MS Office və Visio proqramlarında sərbəst işləmək bacarığı

·       MS Project proqramından istifadə bacarığı (arzuolunandır)

·       Yaxşı səviyyədə ingilis dili biliyi (texniki sənədlərlə işləmək üçün)

Vakansiya haqqında

Son tarix

September 30, 2025

Paylaşılıb

avqust 21, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Natamam ali

Əmək haqqı

1500 - 1700 AZN

Kateqoriya here

Digər