Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulması;
ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunun (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlanılması / inkişaf etdirilməsi;
Müvafiq hesabaçma prosesi üzrə monitorinqlərin qurulmasında töhvə verilməsi;
Müxbir bankların illik öz-müştərini-tanı (KYC) dəyərləndirməsinin aparılması;
Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi;
Öz-müştərini-tanı (KYC) proqram təminatının inkişafında töhvə verilməsi;
Bankın müştəri qəbulu və öz-müştərini-tanı (KYC) prosedurlarında iştirak etmək, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin həyata keçirilməsi;
Filial və Biznes Mərkəzlərindən daxil olan ƏL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
ƏL/TMM ilə əlaqəli tələblərin Bankdaxili kommunikasiyasının təşkil edilməsi və s.
Tələblər
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: 3-5 il;
Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır;
Xarici dillər: İngilis dili (Səlis) və Rus dili (Orta);
Kompüter bilikləri: Microsoft Office, AML Software bilikləri.