PASHA Bank
Ana səhifə
/
/
/
Backend üzrə Funksional sahə lideri

Backend üzrə Funksional sahə lideri

05-03-2025

766

Təsvir

·       Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək.

·       Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək

·       Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək

·       Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.

·       Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək

·       Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək

·       Məhsul stream-i daxilində resursları idarə etmək

·       Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək

·       Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək

·       Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq

·       Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək

Tələblər

·       Təhsil: Komputer mühəndisliyi,Komputer elmləri, Tədbiqi riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr, magistr dərəcəsi

·       Tələb olunan iş təcrübəsi: Proqram mühəndisliyi üzrə minimum 7 il təcrübə. Front end və back end proqramlaşdırma, avtomatlaşdırılmış test, infrastruktur və arxitektura məlumat bazası texnologiyaları üzrə bilik və təcrübə. Agile metodu haqqında təcrübə arzuolunandır.

·       Xarici dillər: İngilis(yaxşı)

·       Komputer bilikləri: Müvafiq dillərdən ən azı 4-ü mükəmməl bilmək: Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular.Verilənlənlərin strukturu və alqoritm biliyi.

·       Məhsul üzrə biliklər: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları.

·       Başqa tələblər: Cüt proqramlaşdırma, dizayn mock-ups, CI/CD, təhlükəsizliyin yaradılması, informasiya təhlükəsizliyi, test yönümlü inkişaf üzrə təcrübə

Vakansiya haqqında

Son tarix

April 14, 2025

Paylaşılıb

mart 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik