PASHA Bank
Ana səhifə
/
/
/
Bazar Risklərinin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis

Bazar Risklərinin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

264

Təsvir

İşiniz nədən ibarətdir?


  • Müxtəlif risk metriklərindən istifadə edərək bazar risklərinin təhlilinə dəstək olmaq;
  • Python istifadə etməklə gündəlik işləri avtomatlaşdırmaq;
  • Maliyyə bazarlarını monitorinq etmək və şirkətin riskə məruz qalmasına təsir edə biləcək amilləri müəyyənləşdirmək;
  • Pul bazarı, istiqrazlar, kapital və törəmə alətlərinin ticarəti üçün limitləri müəyyən etmək;
  • Daxili siyasətlərə və xarici requlyativ tələblərə uyğun olan gündəlik risk hesabatlarının hazırlanması və nəticələri Şöbə Rəhbəri ilə paylaşmaq;
  • Gündəlik olaraq risklərin qiymətləndirilməsi və hesabatların hazırlanmasında komandaya dəstək olmaq;
  • Bankın daxili bazar riski modellərinin nəticələrinə əsaslanaraq daxili hesabatları aparmaq (o cümlədən bazar riskinə məruz qalma ölçüləri, məsələn, risk altında olan dəyər, stress testləri və ticarət limitləri arasında əlaqənin qiymətləndirilməsi);
  • Bazar və likvidlik riskinin azaldılması prosedurlarının koordinasiyasına köməklik etmək, onların icrasına nəzarət etmək;
  • Hazırlanmış modellər üzrə backtesting aparılması və mövcud backtesting metodologiyası əsasında nəticələri hesablamaq;
  • Risk təhlili üçün bazar məlumatlarının toplanması və işlənməsinə kömək etmək;
  • Bazar riski fəaliyyətləri ilə bağlı məlumat bazalarını və qeydləri saxlamaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil dərəcəsi;
  • Xarici dillər: İngilis (səlis), Rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: Python, SQL, Microsoft Office, Power BI /Tableau;
  • Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik;
  • Bazar üzrə biliklər: Tələb olunur;
  • İş təcrübəsi: Risklərin idarə edilməsi və ya əlaqəli sahədə 1 il maliyyə xidmətlərinin olması üstünlükdür;
  • Mükəmməl kommunikasiya və insanlarla münasibət qurma bacarıqları;
  • Komanda mühitində effektiv işləmək bacarığı;
  • CFA / FRM level1 sertifikatları əlavə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

April 22, 2025

Paylaşılıb

mart 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə