PASHA Bank
Ana səhifə
/
/
/
Biznes Analitik (Core System)

Biznes Analitik (Core System)

Bu gün

205

Təsvir

İşiniz nədən ibarətdir?

  • Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirmək
  • Biznes ehtiyaclarını funksional spesifikasiyalara çevirmək;
  • Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;
  • Proqramçılar, tester və layihə menecerləri ilə sıx əməkdaşlıq edərək həllərin uğurla çatdırılmasını təmin etmək;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Biznes tələbləri, proses axınları və istifadəçi təlimatları daxil olmaqla sənədləri hazırlamaq və saxlamaq;
  • İstifadəçi testlərini (UAT) dəstəkləmək və son istifadəçilərin təlimində iştirak etmək;
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

 

·      Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi

·      Tələb olunan iş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 2 il təcrübə

·      Lisenziya/Sertifikat: SQL arzuolunandır

·      Xarici dillər: İngilis(yaxşı)

·      Komputer bilikləri: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Oracle FlexCube, Web servislər (XML, SOAP, REST) 

·      Məhsul üzrə biliklər: JIRA, Confluence və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi

·      Bazar üzrə biliklər: Bankçılıq biliyi

·      Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: əsas bank sistemləri və ya korporativ platformalarla iş təcrübəsi, məlumatların təhlili və hesabat alətləri (məsələn, SQL) üzrə bilik.

Vakansiya haqqında

Son tarix

March 15, 2026

Paylaşılıb

fevral 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə