PASHA Bank
Ana səhifə
/
/
/
Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi

Biznes Proseslərin İdarəedilməsi şöbəsində Metodologiya və Modelləşdirmə qrupunun Mütəxəssisi

02-11-2024

2.7K

Təsvir

  • Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunun tənzimlənməsi;
  • Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər toplusunda (BPU) dəyişikliklərin idarə olunması;
  • Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;
  • Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlaşdırılması üçün qrup lideri ilə müzakirələrin edilməsi və sənədlərin standartlara uyğunluğunun təmin edilməsi;
  • Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsi;
  • Biznes proseslərinin mövcud təşkilati struktura uyğunluğunun təmin edilməsi;
  • RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara bu barədə məlumatın verilməsi;
  • Cari iş addımlarını dəqiq təsvir edən hərtərəfli biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi;
  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmin edilməsi;
  • Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstəyin göstərilməsi;
  • Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;
  • Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması;
  • Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;
  • Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;
  • Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması.

Tələblər

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
  • Məhsul biliyi: tələb olunur.
  • Bazar biliyi: tələb olunur.
  • Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

dekabr 12, 2024

Paylaşılıb

noyabr 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə