PASHA Bank
Ana səhifə
/
/
/
Daxili Audit üzrə Aparıcı Auditor

Daxili Audit üzrə Aparıcı Auditor

  • PASHA Bank
  • 99 Mərkəzi bulvar küçəsi, Bakı, Azerbaijan
  • Tam ştat

Bu gün

43

Təsvir

  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurlarını həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.


Tələblər

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum 4 illik təcrübə);
  • Müvafiq iş təcrübəsi: 2 ildən artıq;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Dil: Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.


Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə