PASHA Bank
Ana səhifə
/
/
/
Daxili Audit üzrə Direktor Müavini

Daxili Audit üzrə Direktor Müavini

  • PASHA Bank
  • Bakı Ağ Şəhər, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

5

Təsvir

·       Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasında iştirak etmək;

·       Daxili Audit Departamentinin büdcəsinin hazırlanmasında iştirak etmək və nəzərdən keçirilməsi üçün Departament direktoruna təqdim etmək;

·       İllik Audit Planın hazırlamasında iştirak etmək;

·       Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin koordinasiyasını aparmaq;

·       Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığının müəyyən edilməsində, audit layihəsinin gedişatına və büdcəsinə nəzarətdə iştirak etmək;

·       Audit layihələri üzrə hesabatların dəqiqliyinə və vaxtında təqdim olunmasına nəzarət etmək;

·       Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək;

·       Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;

·       Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;

·       Daxili Audit Departamentinin iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;

·       Nəzarətində olan əməkdşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən edilməsində iştirak etmək;

·       Nəzarətində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;

·       Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;

·       Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək və s.

Tələblər

·       Müvafiq sahədə akademik dərəcə (ən azı ali təhsil);

·       Müvafiq iş təcrübəsi: 7 ildən artıq ümumi, 5 ildən artıq audit funksiyasında;

·       Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;

·       Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;

·       Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;

·       Effektiv kommunikasiya və planlaşdırma bacarıqları;

·       Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;

·       Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;

·       Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq. 

Vakansiya haqqında

Son tarix

June 2, 2026

Paylaşılıb

iyun 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə