PASHA Bank
Ana səhifə
/
/
/
Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

132

Təsvir

İşiniz nədən ibarətdir?


·       Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;

·       Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası və icrasına nəzarət;

·       Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi;

·       Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək göstərilməsi;

·       Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;

·       Risklər ilə bağlı hesabatlıqların hazırlanması;

·       Audit hesabatları ilə iş - aşkarlanmanın və təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planının tələbi, auditlə yekun nəticələrin razılaşdırılması;

·       Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;

·       Pasha Group-dan göndərilən sənədlərin nəzərdən keçirilməsi;

·       Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə yekun rəyin verilməsi;

·       Səlahiyyət matrisinin yenilənməsi və müntəzəm olaraq əlavələrin edilməsinə nəzarət;

·       Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanması;

·       Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;

·       Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası və s.

Tələblər

Sizdən nə tələb olunur?


·       Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: minimum 3-4 il Bank sahəsi üzrə təcrübə;

·       Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;

·       Xarici dil: İngilis, Rus (arzuolunandır);

·       Kompüter Bacarıqları: Microsoft Office;

·       Digər Bacarıqları: Güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə bacarığı, hesabat hazırlama bacarığı, güclü yazılı və şifahi ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

yanvar 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə