PASHA Bank
Ana səhifə
/
/
/
Front-End Proqramlaşdırma üzrə Mütəxəssis

Front-End Proqramlaşdırma üzrə Mütəxəssis

Bu gün

137

Təsvir

Sizin işiniz nədən ibarətdir?


  • Rəqəmsal məhsulların yaradılması üzrə front-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər və back end proqramçılar ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək;
  • CI/CD prosesində yaxından iştirak etmək. Yaranan problemlərin həllində köməklik göstərmək;
  • UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, böyüyə bilən, səhvə davamlı proqramlar yaratmaq;
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il təcrübə;
  • Xarici dillər: İngilis(yaxşı);
  • Komputer bilikləri: HTML, CSS, Javascript üzrə yaxşı biliklər. React üstünlük olmaqla hər hansı front-end library / framework biliyi, Typescript üzrə mükəmməl biliyin olması.İstifadəçi təcrübəsi (user experience) və dizayn, prinsip və standartları haqqında biliklər. Verilənlərin strukturu və alqoritm biliyi. Kodun unit, e2e və inteqrasiya testlərini tərtib etmək bacarığı. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. Micro front-end arxitekturasıyla işləmə bacarığı;
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git);
  • Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat biliyi. Bankçılıq təcrübəsinə üstünlük verilir. Üstünlük verilir: Kodun yenidən işlənməsi, dizayn yönümlü kodlaşdırma, domain yönümlü dizayn (DDD), proqram təhlükəsizliyi. ikili proqramlaşdırma, testlər üzrə bilik.

Vakansiya haqqında

Son tarix

October 15, 2025

Paylaşılıb

sentyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə