PASHA Bank
Ana səhifə
/
/
/
Generativ AI üzrə Ekspert

Generativ AI üzrə Ekspert

Bu gün

88

Təsvir

  • Müxtəlif departamentlər üzrə (müştəri xidməti, əməliyyatlar, hüquq, HR, T&Q və s.) GenAI və AI agent əsaslı istifadə hallarını müəyyənləşdirmək, prioritetləşdirmək və onların inkişafına rəhbərlik etmək;
  • Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək mövcud problemləri aydın KPI-larla ölçülə bilən AI yönümlü həllərə çevirmək.
  • Sürətli prototiplərin hazırlanmasına, konsept sübutlarının (PoC) aparılmasına və istehsal səviyyəli AI sistemlərinə keçid prosesinə nəzarət etmək;
  • Miqyaslana bilən, təhlükəsiz və tənzimləmələrə uyğun hibrid AI infrastrukturunun (bulud əsaslı xidmətlər – Azure OpenAI, AWS Bedrock və s. ilə yanaşı lokal açıq mənbəli LLM-lərdən istifadə etməklə) dizaynı və tətbiqini təmin etmək;
  • Platformalar üzrə uyğunluğun, səmərəliliyin və idarəetmə standartlarının qorunmasını təmin etmək (Hugging Face, Nvidia NIMs, Mistral, Llama və s.);
  • AI agentlərinin orkestrasiyası üçün (LangChain, AutoGen, CrewAI və s.) tələb olunan infrastrukturun və etibarlı API xidmətlərinin qurulmasını təşkil etmək;
  • AI modellərinin tam Lifecycle-na nəzarət etmək: məlumatların qəbulundan və hazırlanmasından başlayaraq təlim, incə tənzimləmə (fine-tuning), qiymətləndirmə, tətbiqetmə, monitorinq və yenilənmə mərhələlərinədək bütün prosesi idarə etmək;
  • MLOps ən yaxşı təcrübələrinin tətbiqinə rəhbərlik etmək, CI/CD proseslərinin qurulmasını, versiyalaşdırmanı və avtomatlaşdırılmış yenidən təlim boru xətlərinin (pipelines) təmin edilməsini təşkil etmək.


 

Tələblər

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Süni İntellekt, Data Elmləri, İnteqrasiya Sistemləri və ya əlaqəli texniki sahə üzrə bakalavr \ magistr dərəcəsi;
  •  Texnologiya sahəsində rəhbərlik və ya aparıcı mütəxəssis rollarında 3+ il, o cümlədən AI/ML və məlumat (data) sahəsində 2+ il təcrübə;
  • Müəssisə səviyyəsində GenAI həllərinin və AI agentlərinin tətbiqi üzrə təsdiqlənmiş praktiki təcrübə;
  • Bulud əsaslı AI xidmətləri (Azure, AWS, GCP) və açıq mənbə lokal model infrastrukturları haqqında dərin bilik;
  •  LLM-lərlə (GPT, Claude, Llama, Mistral və s.), vektor bazaları, embeddings və RAG boru xətləri ilə işləmək üzrə praktik bacarıqlar;
  • AI agent framework-ləri (LangChain, CrewAI, AutoGen və s.) və əlaqəli orkestrasiya alətləri ilə tanışlıq və tətbiq təcrübəsi.


Vakansiya haqqında

Son tarix

December 19, 2025

Paylaşılıb

noyabr 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə