PASHA Bank
Ana səhifə
/
/
/
Hesab və ödəniş xidmətləri, Maliyyə texnologiyaları sahəsinin Paşa Biznes qrupunun Baş Məhsul sahibi

Hesab və ödəniş xidmətləri, Maliyyə texnologiyaları sahəsinin Paşa Biznes qrupunun Baş Məhsul sahibi

Bu gün

14

Təsvir

·       Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;

·       Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;

·       Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;

·       Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;

·       Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;

·       Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;

·       Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;

·       Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir;

·       Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir;

·       Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;

·       Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;

·       Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya;

·       Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması;

·       Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması;

·       Məlumatların təhlili və data-əsaslı qərarların qəbulu üçün məlumat bazalarında işləmək.

Tələblər

·       Təhsil səviyyəsi: Müvafiq sahədə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (Mobile app, biznes və ya İT);

·       Texniki səriştələr: Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayış, eləcə də ekspertin anlayışına malik olmaq. Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.) Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;

·       Yumşaq səriştələr: Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı; Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı; Komandada işləmə bacarığı; Problemləri həll etmə bacarığı; Konfliktlərin idarəedilməsi; Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;

·       Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta (min. Intermediate).

Vakansiya haqqında

Son tarix

May 24, 2026

Paylaşılıb

aprel 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə