PASHA Bank
Ana səhifə
/
/
/
Hüquqi məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Korporativ Katiblik qrupunun Baş Mütəxəssisi

Hüquqi məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Korporativ Katiblik qrupunun Baş Mütəxəssisi

  • PASHA Bank
  • Yusif Məmmədəliyev, Bakı, Azerbaijan
  • Tam ştat

Bu gün

7

Təsvir

-      Müşahidə Şurası, İdarə Heyəti və Komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;

-      Bankın Müşahidə Şurası, İdarə Heyətinə və komitələrinə və digər səlahiyyətli qərarvermə orqanlarına inzibati dəstəyin lazımi qaydada və vaxtı-vaxtında göstərilməsini həyata keçirilməsi;

-      Müşahidə Şurası. İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət edilməsi;

-      Katibi olduğu komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və düzgün şəkildə icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);

-      İdarə Heyətinin və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək;

-      İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanların iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;

-      Şirkətin katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;

-      Mütəmadi hesabatların hazırlanmasına nəzarət etmək və idarəetmə orqanların fəaliyyəti haqqında məlumat açıqlanmasını təmin edilməsi;

-      Qərarvermə orqanlarının protokollarının hüquqi və korporativ idarəetmə standartları baxımdan düzgün tərtibi, vaxtı vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsi;

-      Tərtib edilmiş qərarların icrasına nəzarət edilməsi və bu barədə hesabatlılığın təmin edilməsi;

-      Qərarların hüquqi baxımdan düzgün tərtib edilməsi;

-      Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanmasını təmin etmək;

-      Bankın korporativ idarəetmə standartlarına uyğun fəaliyyət göstərməsinin təmin edilməsi və bu sahədə müvafiq rəylərin təqdim edilməsi;

-      Qərarvermə orqanlarının keyfiyyətli və tam məlumatlı qərar verməsinə dəstək olmaq məqsədilə hesabatlılıq sistemini təkmilləşdirmək;

-      Bankda mövcud səlahiyyətlərin idarə edilməsi, səlahiyyətlərlə bağlı məsələlərə dair rəylərin və təkliflərin təqdim edilməsi;

-      Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək;

-      Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək;

-      Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq;

-      Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;

-      Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlər taksonomiyasını idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsinə tənzimləmək;

-      Bankın normativ sənədlərinə dair rəy verilməsi, normativ sənədlərin korporativ idarəetmə standartları və səlahiyyətlərə uyğun tərtibinin təmin edilməsi və bu barədə təkliflərin verilməsi;

-      Bankın şöbə və departamentləri ilə İdarə Heyəti və digər səlahiyyətli qərarvermə orqanlarının üzvləri arasında effektiv əlaqəni təmin etməkdə qrup rəhbərinə/şöbə rəhbərinə yardım edilməsi;

-      Bankdaxili və bankxarici (requlyatorlar tərəfindən və s.) daxil olmuş sorğulara və sənədlərə dair istəklərə cavab verilməsi;

-      İdarəetmə orqanları və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyət və limitinə uyğunluğunu təmin etmək, həmçinin bu işdə qrup rəhbərinə/ şöbə rəhbərinə yardımçı olmaq;

-      Qrup Rəhbərinə/ Şöbə Rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarəedilməsində fəal surətdə dəstək olmaq.

Tələblər

-       Təhsil: Bakalavr dərəcəsi (hüquq, iqtisadiyyat və ya idarəetmə);

-       Tələb olunan iş təcrübəsi: 2-3 il;

-       Lisenziya / Sertifikat: Korporativ İdarəetmə istiqaməti üzrə sertifikat arzuolunandır;

-       Xarici dillər: İngilis dili və Rus dili;

-       Kompüter bilikləri: Microsoft Office

-       Başqa tələblər: Kredit, sənədli əməliyyat, faktorinq.

Vakansiya haqqında

Son tarix

April 13, 2026

Paylaşılıb

mart 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə