PASHA Bank
Ana səhifə
/
/
/
İnkişaf Qrupunun (Growth) Mütəxəssisi

İnkişaf Qrupunun (Growth) Mütəxəssisi

18-07-2024

1.9K

Bağlanılıb

Təsvir

  • Biznes məqsədlərinə uyğun olaraq hər bir biznes istiqaməti üzrə marketinq və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Kampaniyaların yaradılması, hesabatların hazırlanması və kampaniyanın effektivliyini ölçmək üçün rəqəmsal komanda ilə iş birliyi;
  • Məhsulun inkişafı üçün bizneslə sıx əməkdaşlıq;
  • Marketinq strategiyalarını və gələcək təcrübələri davamlı olaraq optimallaşdırmaq üçün kampaniya nəticələrinin təhlili və daxili maraqlı tərəflərə hesabatın verilməsi;
  • Məhsulun inkişafını təmin etmək üçün mühəndislər, UX/UI dizaynerləri, CX komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq;
  • İstifadəçi bazasının böyüməsini təmin etmək üçün data ilə iş;
  • Məhsulun performansını və əsas artım göstəricilərini izləmək üçün analitik alətlər və idarə panellərindən istifadə;
  • Məhsul ilə bağlı qərarlar vermək üçün müştəri sorğularının aparılması (NPS, CSI və digər sorğular)
  • İnkişaf ilə əlaqəli məhsul xüsusiyyətlərinin təkmilləşdirilməsi və prioritetləşdirilməsi üçün məhsul sahiblərinə bazar tendensiyaları haqqında məlumatın verilməsi;
  • Seqmentlərin məqsədləri üçün inkişaf proqramı planının yaradılması;
  • İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;
  • Məhsulun/seqmentin hər rəqəmsal/ənənəvi kanalda onlayn mövcudluğunu təmin etmək, hər bir məlumatın aktuallığından əmin olmaq;
  • Məhsul dəyişikliklərinin (FAQ, zəng mərkəzi, marketinq qrupu, RM və s.) haqqında bank daxilində (daxili maraqlı tərəflər) kommunikasiya olunması;
  • Xidmətlərin/məhsulların düzgün çatdırılmasını təmin etmək üçün satınalma qrupu ilə sıx əməkdaşlıq;
  • Məhsul satışını və məlumatlılığın artırılmasını təşkil etmək üçün CSE komandası ilə əməkdaşlıq.

Tələblər

  • Təhsil: maliyyə, marketinq və ya satış üzrə bakalavr və magistr təhsili;
  • Tələb olunan iş təcrübəsi: 1-3 il;
  • Lisenziya / Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir
  • Xarici dillər: ingilis/rus
  • Kompüter bilikləri: “Microsoft Office”, data bazası, “SurveyMonkey”, “Tableau”;
  • Bank məhsulları üzrə bazar biliklər;
  • Data baza ilə işləmək bacarığı;
  • Riyazi biliklər.

Vakansiya haqqında

Son tarix

avqust 27, 2024

Paylaşılıb

iyul 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə