PASHA Bank
Ana səhifə
/
/
/
İnzibatçılıq şöbəsində Ekspert

İnzibatçılıq şöbəsində Ekspert

Bu gün

131

Təsvir

İşiniz nədən ibarətdir?


  • Əməkdaşların daxili və xarici biznes səfərlərini koordinasiya etmək, bütün səfərlərin şirkət siyasətinə və vaxt çərçivələrinə uyğun şəkildə təşkil olunmasını təmin etmək;
  • Aviabilet, qatar bileti və otel rezervasiyalarını idarə etmək, xərclərin səmərəli və vaxtında planlaşdırılmış şəkildə həyata keçirilməsinə nəzarət etmək;
  • Səfər cədvəllərini və səfərlə bağlı xərcləri daima yeniləmək və izləmək;
  • Zərurət olduqda xarici səyahət agentlikləri ilə əməkdaşlıq etmək;
  • Biznes məqsədilə xaricə səfər edən əməkdaşların viza müraciət prosesinə dəstək göstərmək;
  • Lazımi sənədləri hazırlamaq və toplamaq, aidiyyəti şöbələrlə əlaqələndirmə aparmaq və səfirliklərlə görüşləri planlaşdırmaq;
  • Viza prosesi üzrə şirkət və səfirliklər/viza mərkəzləri arasında əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Vizaların statusunu izləmək və müddəti yaxınlaşan yenilənmələri əhatə edən məlumat bazasını aparmaq;
  • Korporativ mobil tarif planlarının istifadəsinə və əməkdaşlar üçün müəyyən olunmuş limitlərə nəzarət etmək;
  • Xidmət təminatçıları ilə tənzimləmələri koordinasiya etmək və xərclərə nəzarət məqsədilə daimi monitorinq və təhlil aparmaq;
  • Mobil istifadəyə dair qeydiyyatları aparmaq və struktur üzrə hesabatlar təqdim etmək;
  • İnzibati tapşırıq və sorğularla bağlı Jira sistemi üzrə biletlərin idarə edilməsinə nəzarət etmək;
  • Bütün biletlərin düzgün şəkildə təyin olunmasını, izlənilməsini və xidmət standartlarına uyğun olaraq tamamlanmasını təmin etmək;
  • Qərarların məlumatlara əsasən verilməsi və iş yükünün optimallaşdırılması üçün hesabatlar hazırlamaq;
  • Cari inzibati prosesləri təhlil etmək, boşluqları və qeyri-səmərəli sahələri müəyyən etmək;
  • Təkmilləşdirilmiş proseslər hazırlamaq və tətbiq etmək, bununla bağlı sənədləri və təlimləri təmin etmək;
  • Xidmətin standart və dayanıqlı şəkildə göstərilməsi üçün şablonlar, təlimatlar və prosedur sənədləri (SOP) hazırlamaq;
  • Şöbə rəhbərinə gündəlik əməliyyatların idarə olunmasında və komanda tapşırıqlarının bölüşdürülməsində dəstək vermək;
  • Kiçik təcrübəyə malik komanda üzvlərinə mentorluq və istiqamət vermək, yeni əməkdaşların adaptasiyasına dəstək olmaq;
  • Planlaşdırma görüşlərində iştirak etmək və qərarlaşdırılmış fəaliyyətlərin vaxtında icrasına nəzarət etmək;
  • Komanda üzvləri ilə daxili və xarici tərəfdaşlar arasında əlaqələndirici rolunu oynamaq və operativ işlərin səmərəli icrasını təmin etmək.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Biznesin İdarəedilməsi, Menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • Tələb olunan iş təcrübəsi: İnzibati və ya əməliyyat sahəsində minimum 3–5 il iş təcrübəsi.
  • Lisenziya/ Sertifikat: Tələb olunmur
  • Xarici dillər: İngilis (yaxşı)
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər: Biznes səfərlərinin koordinasiyası və təchizatçılarla əməkdaşlıq sahəsində sübut olunmuş təcrübə. Səfirlik və viza prosedurları, həmçinin səfər sənədləri ilə bağlı proseslər barədə məlumatlılıq

Vakansiya haqqında

Son tarix

June 22, 2025

Paylaşılıb

iyun 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə