PASHA Bank
Ana səhifə
/
/
/
İOS Mobile Proqramlaşdırma üzrə Baş mütəxəssis/Mütəxəssis

İOS Mobile Proqramlaşdırma üzrə Baş mütəxəssis/Mütəxəssis

Bu gün

8

Təsvir

  • Banka dəyər qatacaq Android/iOS platformasında tətbiqlərin qurulmasında və inkişaf etdirilməsinə töhvə vermək
  • Tərtib olunmuş tələblərə və UI/UX dizayn çərçivələrinə uyğun proqram hazırlamaq
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək
  • Kodun dəqiqliyini və düzgün inteqrasıyasını yoxlamaq üçün testlər hazırlanması
  • Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq
  • Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq.
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək
  •   Proqram təminatında edilmiş dəyişikliyin son istifadəçiyə düzgün formada çatdırılmasını təmin etmək
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının keyfiyyət yoxlama işlərini təmin etmək.
  • Daxil mühəndislik işlərində iştirak etmək.


Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 2 il təcrübə
  • Xarici dillər: İngilis(yaxşı)
  • Komputer bilikləri: Native Android və ya iOS development, Kotlin və ya Swift üzrə yaxşı biliyin olması. RESTful APIs infrastruktur üzrə yaxşı biliyin olması. Verilənlərin strukturu və alqoritm yaxşı biliyin olması. Kodun funksionallıq və inteqrasiyası testlərini tərtib etmək bacarığı. Asinxron və reaktiv proqramlaşdırma üzrə biliyin olması. Məlumatların yaddaşda saxlanılması bacarığı. CI/CD təcrübəsi olması. Kod asılılıqların idarə edilməsi (DI) biliyin olması.
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
  • Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: kod dizayn üsulları (design patterns), proqram təhlükəsizliyi, paralel proqramlaşdırma, cütlü proqramlaşdırma, animasiya ilə işləmək bacarığı, multimediya faylları ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

April 3, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə