PASHA Bank
Ana səhifə
/
/
/
İR əməliyyatları üzrə Kiçik mütəxəssis

İR əməliyyatları üzrə Kiçik mütəxəssis

Bu gün

487

Təsvir

  • Yeni işçilərin qeydiyyatı: bankdaxili sistem vasitəsilə işə qəbul və vəzifə dəyişikliyi sorğularının analiz edilməsi, müvafiq sənədlərin yoxlanması, sorğunun aidiyyəti strukturlara göndərilməsi;
  • Təsdiqlənmiş struktura əsasən ƏMAS və SF-də vəzifələrin yaradılması, rəhbərlərin tanıdılması;
  • İşə qəbul və vəzifə dəyişiklikləri proseslərinin ƏMAS və SF-də icrası, struktur bağlılıqlarının təmin edilməsi;
  • İR Biznes partnyordan daxil olan müraciətə əsasən bankdaxili sistemdə sorğuların yaradılması və aidiyyəti strukturlara yönəldilməsi;
  • Yaradılmış və tamamlanmış sorğuya əsasən əmək haqqıdan tutulmaların dəqiqləşdirməsi və əmək haqqı üzrə mütəxəssisə bildirilməsi;
  • Əmək müqaviləsinə xitam verilməsi, prosesin SF və ƏMAS-da icra edilməsi;
  • Xitam prosesi SAP-yə inteqrasiya olunduqdan, işçinin təhvil təslim prosesi tamamlandıqdan sonra sənədləşmə işlərinin tamamlanması;
  • Sosial məzuniyyətə ayrılan və geri qayıdan əməkdaşlar üçün bankdaxili sistemdə sorğunun yaradılması;
  • İşçi məlumatlarının və əməliyyatlarının SF və SAP proqramları arasında inteqrasiyasının təmin edilməsi, uyğunsuzluq hallarında düzəlişlərin icra edilməsi və ehtiyac olduğu təqdirdə podradçı şirkətə müraciət edilməsi;
  • Aktiv işçilərin şəxsi işlərinin ölkə qanunvericiliyinə və daxili qaydalara əsasən saxlanması;
  • İR prosesləri ilə bağlı daxil olan bütün sorğuların müəyyən edilmiş zaman çərçivəsində cavablandırılması;
  • Təcrübəçi və xidməti müqavilələr üzrə çalışan işçilərin şəxsi işlərinin saxlaması və onların SAP sistemində qeydiyyatının aparılması (işə qəbul, işdən çıxma və digər dəyişikliklər);
  • İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlaması, təkrar nəzərdən keçirilməsi, optimallaşdırması və avtomatlaşdırması;
  • Yeni işçilərin sınaq müddətinin və illik əmək müqavilələrinin bitmə vaxtının monitorinqi və müvafiq İR Biznes partnyorunun vaxtında məlumatlandırması;
  • Bank əməkdaşları üçün nəzərdə tutulan İR prosesləri üzrə məlumatlandırma təqdimatlarında iştirak və aidiyyəti proseslərlə bağlı sorğuların cavablandırılması;
  • Əmək haqqı hesablanmasında şöbədaxili həmkarlara dəstək, səhvlərin aşkarlanması və aradan qaldırılması, əməkdaşlardan gələn sualların cavablandırılması;
  • Əmək və xidməti müqavilələrin tərtib edilməsi.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: İR əməliyyat, kadr kargüzarlığı üzrə 1-2 il;
  • Xarici dillər: İngilis dili (səlis);
  • Kompüter bilikləri: MS Office proqramları, SAP (arzuolunandır);
  • Digər tələblər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik.

Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

noyabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə