PASHA Bank
Ana səhifə
/
/
/
Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsində Ödəniş Sistemləri ilə İş qrupunun Kiçik Mütəxəssisi (Müvəqqəti)

Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsində Ödəniş Sistemləri ilə İş qrupunun Kiçik Mütəxəssisi (Müvəqqəti)

Bu gün

126

Təsvir


İşiniz nədən ibarətdir?



  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
  • Visa, Mastercard və BKM ödəniş sistemləri üzrə dispute prosesinin icrası, müvafiq hesabatların hazırlanması;
  • VİSA ,Mastercard üzrə errorların araşdırılması və faylların yenidən keçirilməsi;
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi;
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi;
  • Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il  
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarığı.


Vakansiya haqqında

Son tarix

September 27, 2025

Paylaşılıb

avqust 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə