Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
İnsidentlərin mövcudluğunu yoxlamaq;
Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
İlkin tədqiqat aparmaq;
Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil:İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi;