PASHA Bank
Ana səhifə
/
/
/
Kibertəhlükələrin Aşkarlanması və Cavab üzrə Kiçik Mütəxəssis

Kibertəhlükələrin Aşkarlanması və Cavab üzrə Kiçik Mütəxəssis

Bu gün

161

Təsvir

  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
  • İnsidentlərin mövcudluğunu yoxlamaq;
  • Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
  • Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
  • İlkin tədqiqat aparmaq;
  • Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
  • Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
  • İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
  • İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
  • İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
  • Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
  • Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
  • Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi:  İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi;
  • Lisenziya / SertifikatArzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+;
  • Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta);
  • Kompüter bilikləri:
  • Ümumi kibertəhlükəsizlik anlayışı;
  •  Ümumi desktop OS və server OS biliyi;
  •  Şəbəkə protokolları (i.e. TCP/IP);
  •  Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat;
  •   Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış;
  •   Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik;
  • Güclü analitik və problemi həll etmə bacarıqları;
  •  Təzyiq altında işləmək;
  •   Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu;
  •   Multi-tasking environment;
  •   Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
  •   Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

mart 10, 2025

Paylaşılıb

fevral 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik