Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilinin aparılması. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsinin təmin edilməsi;
Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqslədilə müvafiq təkliflərin verilməsi;
Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış edilməsi;
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsinin aparılması;
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasının həyata keçirilməsi, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərar verilməsi;
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy verilməsi;
Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəllərinin yoxlanılması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə anderraytinqin operativ aparılması və vaxtında icra edilməsinin həyata keçirilməsi.
Tələblər
Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir;
Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.