Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək
Kreditlərin Strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək
Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək.
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi.
Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyini daşıyır
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək.
Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsini hesablamaq, eləcə də Kreditlərin Strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəlləri yoxlamaq, nəzarət etmək və düzgün defolt dərəcəsini təsdiq etmək
Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
Tələblər
Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: iş təcrübəsi üzrə müddət yoxdur.
Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir.
Xarici dil: İngilis dili (orta), Rus dili (orta) üstünlük verilir
Kompüter bilikləri: Microsoft Office
İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması
Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.