PASHA Bank
Ana səhifə
/
/
/
Kiçik UX/UI Dizayner (Müvəqqəti)

Kiçik UX/UI Dizayner (Müvəqqəti)

14-05-2024

1.4K

Bağlanılıb

Təsvir

·       Baş mütəxəssislər tərəfindən verilən dizayn tapşırıqlara diqqətlə yerinə yetirmək;

·       İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;

·       İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;

·       Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;

·       Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;

·       PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər yaratmaq;

·       Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;

·       İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq;

·       Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək.

Tələblər

  • Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 1 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür
  • Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi
  • Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər
  • İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna ail dizayn işlərinə daha çox önəm verilir
  • Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi
  • Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi
  • Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.

Vakansiya haqqında

Son tarix

iyun 23, 2024

Paylaşılıb

may 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə