PASHA Bank
Ana səhifə
/
/
/
Kiçik və orta sahibkarlıq bankçılığı departamentinin KOS Bakı Fillialları üzrə Satış və Əməliyyatlar | Landmark şöbəsinin Müştəri Xidmətləri qrupunun Mütəxəssisi

Kiçik və orta sahibkarlıq bankçılığı departamentinin KOS Bakı Fillialları üzrə Satış və Əməliyyatlar | Landmark şöbəsinin Müştəri Xidmətləri qrupunun Mütəxəssisi

Bu gün

34

Təsvir

  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
  • Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
  • Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti- İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq)- 1-3 il;
  • Texniki səriştələr- Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Yumşaq səriştələr-Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Dil bilikləri- İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri- Microsoft Office (Excel, Word);
  • Digər- Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyun 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə