İdarə Heyəti və Komitə iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
Bankın İdarə Heyətinə və Komitələrinə inzibati dəstəyin lazımi qaydada və vaxtlı-vaxtında göstərilməsinin həyata keçirilməsi;
İdarə Heyətinin və Komitə iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsi və qəbul olunmasına nəzarət edilməsi;
Qərarvermə orqanlarının protokollarının vaxtlı-vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsinə nəzarət edilməsi;
Katibi olduğu komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);
İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərarların verilməsi;
İdarə Heyətinin və Komitə iclaslarında qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;
Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə dəstək göstərilməsi;
Bankın şöbə və departamentləri ilə İdarə Heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə Qrup / Şöbə Rəhbərinə dəstək göstərilməsi;
Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin qanunvericiliyə uyğunluğunun mütəmadi izlənməsi və lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünün göstərilməsi;
Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq edilməsi;
Sənədlərin optimizasiyası, dərindən analizi və normativ sənədlərin icrasının hesabatının hazırlanması;
Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətlərin araşdırılması;
Katibi olduğu komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyəti və limitinə uyğunluğunu təmin etməkdə Baş mütəxəssis və Qrup / Şöbə Rəhbərinə dəstək göstərilməsi;
Qrup / Şöbə Rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal şəkildə dəstək olunması.
Tələblər
Təhsil: Hüquq, İqtisadiyyat və ya İdarəetmə ixtisası üzrə Bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
Xarici dillər: İngilis, Rus;
Kompüter bilikləri: Microsoft Office proqramları;
Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyatlar, faktorinq.