PASHA Bank
Ana səhifə
/
/
/
KOS Anderraytinqi şöbəsinin Baş Kredit Risk Anderrayteri

KOS Anderraytinqi şöbəsinin Baş Kredit Risk Anderrayteri

24-10-2024

628

Təsvir

  • Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək;
  • Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
  • Kredit Komitəsi və ya İdarə Heyəti tərəfindən ötürülmüş limitlər üzrə təqdim olunan kreditlərə müvafiq qərarın verilməsi;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi.
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyini daşıyır;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
  • Kreditlərin Strukturlaşdırılması Departamenti tərəfindən daxil olmuş standard sifarişlər üzrə ehtiyat cədvəllərinin yaradılması və Kredit Kontrol departamenti tərəfindən təqdim olunan ehtiyat cədvəllərinin yoxlanılması, müştərilərə düzgün ehtiyatların təsdiq olunması;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi.

 

 

Tələblər

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir;
  • Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
  • İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.

 

Vakansiya haqqında

Son tarix

noyabr 24, 2024

Paylaşılıb

oktyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə