Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək;
Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış etmək;
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasını həyata keçirmək, kredit reytinqini müəyyən etmək və müvafiq qərar vermək;
Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyini daşıyır
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
Kreditlərin Strukturlaşdırılması Departamenti tərəfindən daxil olmuş standard sifarişlər üzrə ehtiyat cədvəllərini yaratmaq və Kredit Kontrol departamenti tərəfindən təqdim olunan ehtiyat cədvəllərini yoxlamaq;
Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqi tamamlamaq və vaxtında icra etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
İş təcrübəsi: Kredit, Risk, Bank, Maliyyə təhlili və ya müvafiq iqtisadi sahə üzrə minimum 2-4 il iş təcrübəsi olanlara üstünlük verilir;
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir;
Kompüter bilikləri: Microsoft Office;
İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq;
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.