PASHA Bank
Ana səhifə
/
/
/
KOS Məsafədən Satış qrupunun Assistenti

KOS Məsafədən Satış qrupunun Assistenti

Dünən

1.7K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Müvafiq segmentə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlarını təmin edilməsi ;                                                                                                                    
  • Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə Bank tərəfindən təqdim olunan məhsulların və sxidmətlərin irəliləyişi üzərində işlənilməsi;
  • Müvafiq segmentə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıdaraq, iştirakçı kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
  • Müvafiq segmentə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
  • Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərin təkrar zənglərin edilməsi ( kredit kartlarının etibarlıq tarixləri bitdikdə daxil olmaqla);
  • Rəqəmsal biznes kreditlərinin satışını təşviq etmək üçün xüsusi siyahılar üzrə müştərilərə zənglərin edilməsi;
  • Bankdan getmiş müştəriləri yenidən cəlb etmək üçün soyuq satış zənglərinin edilməsi;
  • Müvafiq segmentə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satış və daxil olan müraicətlər əsasında e2e satışı (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib,müştərilərə lazımi məlumatları təqdim edərək e2e satışı həyata keçirmək.);
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətlərin təhlil edilməsi və müştəriyə lazımi dəstəyin göstərilməsi: Satılmış məhsulların monitorinqi , tamamlanmamış müraciətlər ilə bağlı sistemdən daxil olan emailların alınması və prosesə uyğun olaraq icrası, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə proses üzrə dəstək verilməsi və nəticə ilə bağlı müştərilərə zənglərin edilməsi. Təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək, tələb olunan müvafiq sənədləri toplamaq və satışı həyata keçirmək;
  • Maliyyələşmə məhsullaırnın satışı zamanı fiziki görüş tələb olunan müştəri müraciətlərinin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və müvafiq segmentə aid Müştəri menecerlərinə yönləndirilməsi və xidmətin sona qədər aparılmasını təqib edilməsi;
  • Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin edilməsi;
  • Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi;
  • Digər satış kanallarından daxil olan müraciətlərin operativ cavablandırılması, müştəri şikayət və təkliflərinin aiddiyyatı strukturlara yönləndirilməsi;
  • Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi, təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır)
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 0-1 il
  • Xarici dillər: Rus (səlis), Ingilis (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vakansiya haqqında

Son tarix

dekabr 3, 2024

Paylaşılıb

oktyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə