PASHA Bank
Ana səhifə
/
/
/
KOS üzrə Müştəri meneceri

KOS üzrə Müştəri meneceri

Bu gün

87

Təsvir

  • Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi;
  • Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
  • Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq;
  • Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi;
  • Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi;
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi;
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi (control customer portfolio profitability);
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların həyata keçirilməsi.



Tələblər


  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3 il (KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə);
  • Texniki səriştələr: Bank məhsulları barədə biliklər;
  • Xarici dillər: İngilis dili (səlis) və Rus dili;
  • Kompüter bilikləri: Microsoft Office.

Vakansiya haqqında

Son tarix

March 19, 2026

Paylaşılıb

fevral 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə