PASHA Bank
Ana səhifə
/
/
/
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Ehtiyatlanma qrupu üzrə Baş mütəxəssis

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Ehtiyatlanma qrupu üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

131

Təsvir

İşiniz nədən ibarətdir?


  • Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;
  • Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə əlavə və düzəlişlərin təklif edilməsi və dəstəklənməsi;
  • Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;
  • Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılması;
  • Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;
  • Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi və s.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 4 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: FRM, CFA, ACCA arzu olunandır;
  • Xarici dil: İngilis dili (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
  • Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;
  • Başqa tələblər: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır.


Vakansiya haqqında

Son tarix

January 31, 2026

Paylaşılıb

dekabr 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə