PASHA Bank

Layihə Rəhbəri

15-10-2024

6.3K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
  • Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onun birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
  • Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
  • İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
  • Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatların verilməsi;
  • Təşəbbüs müddətində işin sahiblənilməsi (layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir.);
  • Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat sahəsində Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 (iki) il;
  • Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 (arzuolunandır);
  • Xarici dillər: İngilis (səlis), rus (arzuolunandır);
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira.);
  • Məhsul üzrə biliklər: biznes texnologiyalarında geniş təcrübə və maraq.
  • Digər tələblər: Proqram təminatının yazılması prosesləri üzrə biliklər, şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).

Vakansiya haqqında

Son tarix

noyabr 17, 2024

Paylaşılıb

oktyabr 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə