PASHA Bank
Ana səhifə
/
/
/
Monitorinq, analitika və optimallaşdırma üzrə mütəxəssis

Monitorinq, analitika və optimallaşdırma üzrə mütəxəssis

Bu gün

155

Təsvir

Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli  planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılması

Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək

Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq

Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək

Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim edilməsi

Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək

Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatların hazırlanması və dəyişdirilməsi.

Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək

Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkların müəyyən edilməsi

Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamaların aparılması

Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatın toplanması

Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması

Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması

Tələblər

Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili

İş təcrübəsi:Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir

Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis)

Kompüter bilikləri:Microsoft Office, MS Project

Vakansiya haqqında

Son tarix

March 7, 2026

Paylaşılıb

fevral 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə