PASHA Bank
Ana səhifə
/
/
/
Müştəri Meneceri (Korporativ və İnsitutsional Bankçılıq üzrə)

Müştəri Meneceri (Korporativ və İnsitutsional Bankçılıq üzrə)

Bu gün

170

Təsvir

·       Məhsul(ların) penetrasiyasından (satışından), gəlirlikdən və müştəri məmnunluğunun artırması nəticəsində portfelin böyüməsini təmin etmək;

·       Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;

·       Müştəri ilə əməkdaşlıq səviyyəsinin (penetration rate) və müştəridə Bank payının (share of wallet) artırılması;

·       Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;

·       Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;

·       Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;

·       Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;

·       Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;

·       Müştəri sorğularının vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazımlı tədbirlər görmək;

·       Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasını təmin etmək;

·       Müştəri kredit və ya digər Bank məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflər vermək;

·       Kreditlərin geri ödənilməsinə nəzarət etmək (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);

·       Müştərilərə fərqli və xüsusi məhsul və xidmətlərini təklif etmək üçün Skvod daxilində və xaricində əməkdaşları ilə əməkdaşlıq etmək;

·       Skvod üzvlərinin işində dəstək göstərmək

·       Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq;

·       İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya rəhbərini məlumatlandırmaq.

Tələblər

·       Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə

·       İş təcrübəsi (il və/və ya sahə olaraq): 2-3 il

·       Dil bilikləri: İngilis, Rus

·       Kompüter bilikləri: Microsoft Office

·       Məhsul üzrə biliklər: Bank məhsulları

·       Bazar üzrə biliklər: Skvod sahə(ləri) üzrə, bank məhsulları

Vakansiya haqqında

Son tarix

April 13, 2025

Paylaşılıb

mart 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə