PASHA Bank
Ana səhifə
/
/
/
Müştəri xidmətləri qrupunun Assistenti

Müştəri xidmətləri qrupunun Assistenti

  • PASHA Bank
  • Yusif Məmmədəliyev, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

237

Təsvir

Əsas vəzifə öhdəlikləri:

 

  • Biznes Mərkəzdə xidmət alan müştərilərə mövcud növbə sistemi barədə ilkin məlumat təqdim etmək və sistem ilə işləməyə dəstək olunması;
  • Biznes Mərkəzlərə daxil olan müştərilərin seçdikləri xidmətlər üzrə müvafiq məlumatların təqdim edilməsi;
  • Növbəyə nəzarət edilməsi və tələb üzrə növbəni tənzimlənməsi;
  • Aylıq əsasda Müştəri Məmnuniyyəti Mərkəzinə müvafiq hesabatların hazırlanması;
  • Biznes Mərkəzlərdə olan gözləmə/xidmət vermə vaxtlarının azalması və optimalaşdırılması üzrə təkliflərin verilməsi;
  • Gündəlik əməliyyatların normal şəkildə həyata keçirilməsinin təmin olunması (xidmət cəhətindən); müştəri sorğuları və peşəkar məsləhətlərin verilməsi;
  • Müştəri ilə münasibətlərin qurulması və müştəri loyallığının təmin edilməsi;
  • Fəaliyyətin Bank xidmət standartlarına, Xidmət keyfiyyətinə və Komplayens normalarına uyğunlaşdırılması;
  • Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi;
  • Müştərilərin rəqəmsal kanallara yönləndirilməsi (Mobil bank, İnternet bank, Çat-bot və s.);
  • Müştərilərin rəqəmsal maarifləndirməsi;
  • Rəqəmsal kanallara yönləndirmə üzrə geribildirim və ölçmələrin hesabatın aparılması;
  • Filial funksiyaların onlara aid olunan daxili və xarici hüquqi normalara və sənədlərə uyğun olaraq icra edilməsi.

Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə:

 

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il;
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.


Vakansiya haqqında

Son tarix

November 20, 2025

Paylaşılıb

noyabr 6, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə