PASHA Bank
Ana səhifə
/
/
/
Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsi, Dələduzluq Risklərinin İdarə Edilməsi qrupunun rəhbəri

Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsi, Dələduzluq Risklərinin İdarə Edilməsi qrupunun rəhbəri

Bu gün

34

Təsvir

  • Bankda  məhsul və xidmətlər üzrə proseslərdə dələduzluq risklərinin identifikasiyası,risklərin qiymətləndirilməsi, risklərin aradan qaldırılması variantlarına və nəzarətin qiymətləndirilməsinə  eyni zamanda risklərin minimallaşdırılması və monitorinqinə nəzarət. Tədbirlər planının hazırlanmasında  risk sahiblərinə dəstəyin göstərilməsinə nəzarət.
  • Məhsul və xidmətlər üzrə (yeni və mövcu) məhsul sahibləri tərəfindən təklif edilmiş əməliyyat limitlərinin nəzərdən keçirilməsi və onlara dair rəyin bildirilməsi.
  • RIMS-də qeydiyyata alınmış dələduzluq insidentlərinin tədbirlər planının icrasının qiymətləndirilməsi və insidentin həll edilməsi üzrə müvafiq rəylərin bildirilməsi.
  • Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, Dələduzluq riskləri kontekstində məhsul və xidmətlərə,habelə digər normativ sənədlərə dair yekun rəyin verilməsi.
  • Əməliiyat risklərinin idarəedilməsi istiqaməti ORRM (Operational and Regulatory Risk Management) tərəfindən təşkil olunan stress testlərin keçirilməsində iştirak.
  • Audit hesabatları (Dələduzluq faktı ilə əlaqəli) ilə iş - aşkarlamanın və təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi, lazım olan təqdirdə məsul şəxslərdən əlavə tədbirlər planının tələbi, auditlə yekun nəticələrin razılaşdırılması.
  • Bankın müvafiq funksiyaları üçün dələduzluq riskləri üzrə tədrisin təmin edilməsində / Risk mədəniyyətinin inkişaf etdirilməsində / risk koordinatorlarla daimi əməkdaşlıq istiqamətində iştirakın təmin edilməsi.
  • Fraud Riskləri üzrə zəruri layihələrin təşkili və həmin lahiyələrdə iştirak edilməsi.
  • Arzuolunmaz müştərilər siyahısının (Blacklist)  idarəedilməsinə nəzarət.
  • Dələduzluq riskləri və insidentləri üzrə dövri hesabatlığın hazırlanmasına yekun rəyin verilməsi və rəhbərliyə təqdim olunması.
  • Qrup daxilindəki əməkdaşların bilik və bacarıqlarının (soft and hard skills) artırılmasına dəstəyin göstərilməsi.


Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat, İnformasiya texnologiyaları, Kriminologiya və ya digər müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Tələb olunan iş təcrübəsi: Audit, Daxili nəzarət, Risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: CFE üzrə sertifikata üstünlük verilir.
  • Xarici dillər: Azərbaycan, İngilis (upper-intermediate), Rus (arzuolunan).  
  • Kompüter bilikləri: Microsoft Office, Microsoft Excel, PowerPoint.
  • Məhsul üzrə biliklər: Bank məhsulları, Ödəniş sistemləri, Kart sistemləri, Fraud-un idarə olunması sistemləri və s.
  • Başqa tələblər: Güclü analitik bacarıqlar, təşkilatçılıq bacarığı, qərar qəbul etmə bacarığı, vaxtın idarəedilməsi.


Vakansiya haqqında

Son tarix

December 31, 2025

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə