Tənzimləyici tələblər, sənaye trendləri,bankın risk iştahasına əsasən frod şöbəsinin hədəf, qayda, əsas fəaliyyət göstəricilərini müəyyən etmək.
Şöbənin froda qarşı siyasətinin hansı formada həyata keçirilməsi üzrə yüksək səviyyəli plan nəzərdə tutan rəqəmsal kanallar daxilində frodun qarşısının alınması, müəyyən edilməsi və araşdırılması strategiyasının layihələşdirilməsində və hazırlanmasında iştirak etmək.
Daxili siyasət və proseduralar hazırlamaq və nəzərdən keçirmək
Frod risk qiymətləndirmələrini aparmaq
Rəqəmsal frod risk məlumat bazasının idarə edilməsi
Rəqəmsal kanallarda frodun idarəedilməsi sistemləri və nəzarətlərini yaratmaq və optimizasiya etmək
Məhsulun təhlükəsizliyini təmin etmək-frod əleyhinə ölçü və nəzarətlər hazırlamaq və zəiflikləri müəyyən etmək üçün yeni məhsullar, kampaniyalar və xidmətin analizini aparmaq
Məlumat xarakterli fəaliyyətlər aparmaq
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Tələblər
Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 3, Frod idarə edilməsi sahəsində 5 il iş təcrübəsi
Xarici dillər: İngilis (əla)
Kompüter bilikləri: Verilənlərin analizi alətləri, əla Excel biliyi, əlaqələrin analiz alətləri, əsas bankçılıq sistemləri, kart tətbiqləri, kibertəhlükəsizlik sistemləri üzrə bilik, frodun idarə olunması sistemləri əla biliklər
Məhsul üzrə biliklər: Kart məhsulları, digər bank məhsulları,qlobal ödəniş təchizat məhsulları, xidmətləri qaydaları