
Bu gün
2
Əsas vəzifə öhdəlikləri:
· Şöbənin fəaliyyətini təşkil və koordinasiya etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, prioritetləri, fəaliyyət planını və keyfiyyət tələblərini müəyyən etmək;
· Risklərin, RCSA vasitəsilə bəyan edilmiş risklərin, risk hadisələrinin, insidentlərin və əməliyyat itkilərinin idarə edilməsi üzrə daxili qayda, prosedur və metodologiyaların hazırlanmasını və yenilənməsini təmin etmək;
· Risk hadisələri və insidentlər üzrə məlumatların təqdim edilməsi tələblərini müəyyən etmək, daxil olmuş məlumatların təhlilini, təsnifləşdirilməsini və sistemdə düzgün qeydiyyatını təmin etmək;
· Risk hadisələrinin Basel hadisə növləri və Bankın təsdiq edilmiş təsnifatına uyğunluğuna, risk səviyyələrinin düzgün qiymətləndirilməsinə və prioritetləşdirilməsinə nəzarət etmək;
· Əhəmiyyətli risk hadisələrinin səbəblərinin, təsirlərinin, əlaqəli proses və nəzarət boşluqlarının aidiyyəti strukturlarla birgə təhlilini təmin etmək;
· İnsidentlər nəticəsində yaranan risklərin müəyyən edilməsini, qiymətləndirilməsini və risk reyestrində qeydiyyatını təmin etmək;
· Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi Şöbəsi tərəfindən təşkil edilən RCSA prosesi çərçivəsində bəyan edilmiş risklərin Risklər və Risk Hadisələrinin İdarə Edilməsi Şöbəsinə ötürülməsini və müəyyən edilmiş müddətlərdə təhlil olunmasını təmin etmək;
· RCSA vasitəsilə bəyan edilmiş risklər üzrə risk və nəzarət sahiblərinin, riskin səbəblərinin, təsirlərinin və aidiyyəti biznes proseslərinin müəyyən edilməsini təmin etmək;
· RCSA riskləri üzrə məxsusi risk səviyyəsinin, mövcud nəzarət mexanizmlərinin və qalıq risk səviyyəsinin təsdiq edilmiş metodologiyaya uyğun qiymətləndirilməsini təmin etmək;
· RCSA və digər mənbələr vasitəsilə müəyyən edilmiş risklər üzrə risk sahiblərinin hazırladığı tədbirlər planlarının və icra müddətlərinin adekvatlığının qiymətləndirilməsini və razılaşdırılmasını təmin etmək;
· RCSA nəticəsində qiymətləndirilmiş risklərin risk reyestrində tam və düzgün qeydiyyatını və nəticələrin yekun RCSA hesabatında əks etdirilməsi üçün Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi Şöbəsinə təqdim edilməsini təmin etmək;
· Risk və insidentlər üzrə tədbirlər planlarının icra statusunun izlənilməsini, gecikmə və təkrarlanma hallarının müəyyən edilməsini və əhəmiyyətli məsələlərin vaxtında eskalasiyasını təmin etmək;
· Kök-səbəb təhlillərinin keyfiyyətini və risk azaldıcı tədbirlərin hadisələrin təkrarlanmasının qarşısını almaq üçün uyğunluğunu qiymətləndirmək;
· Bankın risk reyestrinin aidiyyəti hissəsinin aparılmasını, risklərin yenidən qiymətləndirilməsini, aktuallığının nəzərdən keçirilməsini, arxivləşdirilməsini və risk kataloquna uyğunlaşdırılmasını təmin etmək;
· Risk və insidentlərin idarə edilməsi sistemi, risk reyestri, insident və əməliyyat itkiləri bazası üzrə məlumatların, o cümlədən ümumi itki məbləğinin, bərpa edilmiş məbləğlərin, xalis itkinin, bərpa müddətlərinin, ehtiyatların, silinmiş və bağışlanmış məbləğlərin tamlığını, düzgünlüyünü və aktuallığını təmin etmək;
· Müəyyən edilmiş müddətdə bərpa edilməmiş əməliyyat itkiləri üzrə itki sahibləri tərəfindən növbəti addımlara dair əsaslandırılmış təkliflərin aidiyyəti səlahiyyətli orqana təqdim edilməsini və qərarların icra statusunun izlənilməsini təmin etmək; təqdimatın və ya qərarın gecikdirilməsi hallarını Departament direktoruna və aidiyyəti idarəetmə orqanlarına eskalasiya etmək;
· Risk sahibləri üçün hazırlanmış dashboard-ların strukturunun, funksional imkanlarının, filtrlərinin və vizuallaşdırmalarının inkişafını və məlumat keyfiyyətinə nəzarəti təmin etmək;
· Risk və insidentlərin idarə edilməsi sisteminin yenilənmiş qayda və proseslərə uyğunlaşdırılmasını, biznes tələblərinin hazırlanmasını və yeni funksionallıqların sınaqdan keçirilməsini təmin etmək;
· Aylıq və rüblük risk, insident, gecikdirilmiş tədbirlər və əməliyyat itkiləri hesabatlarının düzgün, dolğun və vaxtında hazırlanmasını və nəticələrin rəhbərliyə təqdim edilməsini təmin etmək;
· Mərkəzi Banka təqdim edilən rüblük insident və əməliyyat itkiləri hesabatının qüvvədə olan tələblərə uyğun hazırlanmasını, yoxlanılmasını və vaxtında təqdim edilməsini təmin etmək;
· Risklər, insidentlər və əməliyyat itkiləri üzrə tendensiyaları, təkrarlanan hadisələri, gecikmiş tədbirləri və yaranmaqda olan riskləri təhlil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
· Risk Sağlamlıq İndeksinin şöbənin fəaliyyətinə aid göstəriciləri üzrə məlumatların hazırlanmasını və müəyyən edilmiş dövrilikdə təqdim edilməsini təmin etmək;
· Risk koordinatorlarına və birinci müdafiə xəttinə metodoloji dəstək göstərilməsini, risklərin və hadisələrin keyfiyyətli bəyan edilməsinə dair maarifləndirmə tədbirlərinin keçirilməsini təmin etmək;
· Biznes strukturları, ERM, Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi, İT və Kiber Risklərin İdarə Edilməsi, Dələduzluq Risklərinin İdarə Edilməsi, Maliyyə, Daxili Nəzarət və Daxili Audit funksiyaları ilə effektiv əməkdaşlığı təmin etmək;
· Şöbənin fəaliyyət sahəsinə aid əhəmiyyətli riskləri, hadisələri, əməliyyat itkilərini, məlumat keyfiyyəti çatışmazlıqlarını və gecikmiş tədbirləri Departament direktoruna və aidiyyəti idarəetmə orqanlarına vaxtında eskalasiya etmək;
· Şöbə əməkdaşlarının fəaliyyətini istiqamətləndirmək və qiymətləndirmək, peşəkar inkişafını, bilik mübadiləsini və işlərin davamlılığını təmin etmək;
· Şöbənin fəaliyyətində istifadə edilən məlumatların məxfiliyini, bütövlüyünü, düzgünlüyünü və aidiyyəti şəxslər üçün əlçatanlığını təmin etmək;
· Bankın daxili qayda, siyasət, proses və təlimatlarına, eləcə də əməyin təhlükəsizliyi tələblərinə əməl etmək;
· Müəyyən edilmiş illik və yarımillik hədəflərin icrasını təmin etmək və birbaşa rəhbər tərəfindən vəzifənin funksional istiqamətinə və səlahiyyətlərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək və s.
Tələb olunan bilik, bacarıq və təcrübə
· Təhsil: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya digər əlaqəli sahə üzrə bakalavr təhsili. Magistr təhsili üstünlükdür;
· İş təcrübəsi: Bank sektorunda risklərin idarə edilməsi, əməliyyat riskləri, daxili nəzarət, audit, komplayens və ya digər əlaqəli funksiyalar üzrə minimum 5 il, o cümlədən rəhbər vəzifədə və ya komanda idarəçiliyi üzrə minimum 2 il;
· Peşəkar biliklər: Risk və risk hadisələrinin idarə edilməsi, əməliyyat itkiləri, kök-səbəb təhlili, RCSA risklərinin təhlili və qiymətləndirilməsi, risk qiymətləndirmə metodologiyaları, Basel hadisə təsnifatı, risk reyestri və tənzimləyici hesabatlılıq üzrə geniş biliklər;
· Əlavə biliklər: Bank və rəqəmsal bankçılıq məhsulları, biznes prosesləri, daxili nəzarət mexanizmləri, məxsusi və qalıq risk yanaşmaları, əməliyyat itkilərinin maliyyə və kapital təsiri və Mərkəzi Bankın aidiyyəti tələbləri üzrə biliklər;
· Texniki biliklər: Microsoft Excel və PowerPoint proqramları üzrə yüksək səviyyəli biliklər, məlumatların təhlili və vizuallaşdırılması, risk sistemləri, dashboard-lar və məlumat bazaları ilə işləmək bacarığı. SQL, proseslərin avtomatlaşdırılması və süni intellekt əsaslı analitik alətlər üzrə biliklər üstünlükdür;
· Xarici dil: İngilis (əla), Rus (arzuolunandır);
· Sertifikatlar: CERM, CRMA, FRM, PRM, CIA, COSO, ISO 31000 və ya əlaqəli sertifikatların olması üstünlükdür;
· Şəxsi bacarıqlar: Analitik və strateji düşünmə, qərarvermə, komanda və proseslərin idarə edilməsi, prioritetləşdirmə, keyfiyyətə nəzarət, danışıqlar aparma, əsaslandırılmış mövqe bildirmə, maraqlı tərəflərin idarə edilməsi, təqdimat və dəyişikliklərin idarə edilməsi bacarıqları.
Son tarix
October 7, 2026
Paylaşılıb
sentyabr 7, 2026
Vakansiya növü
Tam ştat