Müştərinin biznesi və fəaliyyət göstərdiyi sənaye / ticarət sahəsində son inkişafı anlayaraq biznes ehtiyaclarının və müvafiq satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştəri əlaqələrin inkişaf etdirilməsini;
Müvafiq limitlər çərçivəsində filialın satışları və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) görə məsuliyyət daşıması;
Filialda fəaliyyət göstərən əməliyyat bölmələrinin Baş Ofis (BO) tərəfindən hazırlanmış metodologiyalara ciddi riayət etməsinin monitorinqi;
BO tərəfindən hazırlanmış siyasət, qaydalar, prosedurlar və standartlara uyğun olaraq filial işçilərinin fəaliyyətinin effektivliyinin təkmilləşdirilməsi üçün imkanlar axtarışı;
Bankın xidmət standartlarına riayət edilməsi;
Ehtiyac yarandığı təqdirdə bankın məhsul və ya xidmətləri üzrə müştərilərə məsləhət verilməsi;
Müştərilər ilə görüşlərin, müzakirələrin və ya yazışmaların aparılması zamanı düzgün qeydiyyatın təmin edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslı müştəri şikayətləri üzrə çevik və müvafiq tədbirlərin vaxtında görülməsi;
Filial işçilərin işə qəbul edilməsi;
İmza səlahiyyətində olan sənədlərin yoxlanılması və imzalanması, ABS-də limitlər çərçivəsində əməliyyatların, dəyişikliklərin təsdiqlənməsi;
ASAN İmza ilə işləmək (Elektron Gömrük Bəyannaməsi haqqında məlumatın əldə edilməsi və ya əlavə edilməsi, səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması).;
Filialların koordinasiyası funksiyası, habelə bankın digər struktur bölmələri ilə əməkdaşlığın təmin edilməsi;
Daxili və xarici audit, digər tənzimləyici orqanlar tərəfindən qaldırılmış tələb və sorğuların vaxtında həyata keçirilməsi;
Bütün fəaliyyət və əməliyyatların bankın komplayns qaydalarına uyğunluğunun təmin edilməsi;
Filialın görünüşünün Bankın nüfuzuna müsbət təsirinin təmin edilməsi;
Lazım olduqda BO-dan müvafiq təlimat alaraq öz fəaliyyəti çərçivəsində, müqavilələr, günün sənədləri, göndərilən məktubların və s. sənədlərin yoxlanılması və imzalanması;
Tabeçiliyində olan işçilərin davamlı olaraq kouçinqi və inkişaf etdirilməsi, illik və yarım-illik qiymətləndirilmənin həyata keçirilməsi.
Tələblər
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: 6+ il;
Texniki səriştələr: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
Yumşaq səriştələr: Liderlik bacarıqları, qərarvermə, analitik düşünmə, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Xarici dillər: Rus dili (orta), İnqilis dili (orta)