Bankın strateji hədəfləri və strateji təşəbbüsləri üzrə ƏFG-lərin (KPI) müəyyənləşdirmək, ölçmə metodologiyasını hazırlamaq və müvafiq struktur bölmələrlə uzlaşdırmaq;
Strateji və təşəbbüs ƏFG-lərinin dövri olaraq izləmək, hesablamaq, mənbə məlumatlarının doğruluğunun və izlənəbilənliyini təmin etmək;
Hədəfdən geridə qalan ƏFG-lər üzrə aidiyyəti strukturlarla birgə çalışaraq tədbirlər planının (action plan) hazırlamaq, məsul şəxs və son tarixlərin müəyyənləşdirmək və icrasına nəzarət etmək;
Biznes və qeyri biznes xəttini əhatə edən təşəbbüslər portfelini idarə etmək;
Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izləmək və qiymətləndirmək;
Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirmək və SQO-lara şəffaf şəkildə təqdim olunmasını təmin etmək;
Strategiyanın uyğunlaşdırılması və hədəfə nail olunması istiqamətində məsləhətlər vermək;
Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumat vermək;
Əsas strateji hədəflər haqqında məlumat və data toplayaraq, yuxarı rəhbərliyə hesabatı vermək.
Tələblər
Təhsil: Biznesin idarə edilməsi, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (Magistr dərəcəsi arzu olunandır);
Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 3 il;
Xarici dillər: İngilis (səlis), Rus;
Kompüter bilikləri: Microsoft Office (xüsusilə Power Point və Excel), layihə idarəedilməsi proqramları (Jira), analitik proqramlardan istifadə arzuolunandır;
Metodoloji biliklər: ƏFG/KPI çərçivələri, Balanced Scorecard və OKR yanaşmaları, strateji planlaşdırma və portfel idarəetməsi;
Məhsul üzrə biliklər: biznes və texnologiyalara dair geniş təcrübə və maraq;
Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;
Başqa tələblər: Güclü ünsiyyət bacarığı (yazılı və şifahi), problem həll etmə bacarığı və analitika.