PASHA Bank
Ana səhifə
/
/
/
Təhlil və Portfolionun İdarə Edilməsi üzrə Mütəxəssis

Təhlil və Portfolionun İdarə Edilməsi üzrə Mütəxəssis

  • PASHA Bank
  • 25e 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

Bu gün

13

Təsvir

·       Bank sistemlərindən və bankın müvafiq struktur bölmələrindən kredit riski məlumatlarının yığılmasını və maraqlı tərəflərə hesabatların təqdim edilməsini təmin etmək;

·       Kredit riski ilə bağlı itkiləri minimuma endirmək və artım gözləntilərinə uyğun olaraq kredit portfelinin aktiv keyfiyyətini artırmaq məqsədi daşıyan zərərin proqnozlaşdırılması, portfelin həssaslıq təhlili, vintaj təhlili və digər məqsədyönlü təhlillər üçün istifadə olunan müxtəlif modelləri hazırlamaq və/yaxud onlara məsləhət vermək;

·       Bank üzrə kredit risklərinin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə biznes və risk menecerlərlə yaxından işləmək;

·       Məhsulların və prosedurların təhlili əsasında təkliflər vermək və lazım gəldikdə tədbirlər planlarını hazırlamaq;

·       Bazardakı kredit riskləri trendlərini izləmək və məlumatı həmkarlarla və rəhbərliklə paylaşmaq;

·       Sistematik metodologiya təkmilləşdirmələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsinə dəstək;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

·       Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

·       İş təcrübəsi: Kredit Risk, Anderrayting və ya müvafiq sahə üzrə minimum ən azı 1 il iş təcrübəsi;

·       Lisenziya/ Sertifikat: CFA, FRM arzuolunandır;

·       Xarici dil: İngilis dili (səlis), Rus Dili (Arzuolunandır);

·       Kompüter bilikləri: Microsoft Office, Powerpoint, Python, Tableau;

·       Məhsul üzrə biliklər Bank məhsulları üzrə biliklər tələb edilir;

·       Bazar üzrə biliklər: Tələb olunur;

·       Başqa tələblər: Maliyyə hesabatları bilikləri, güclü ünsiyyət və təqdimat bacarıqları.

Vakansiya haqqında

Son tarix

June 14, 2026

Paylaşılıb

may 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə