PASHA Bank
Ana səhifə
/
/
/
Virtual Müştəri Xidmətləri departamentində Korporativ Dəstək şöbəsi üzrə Kiçik Mütəxəssis

Virtual Müştəri Xidmətləri departamentində Korporativ Dəstək şöbəsi üzrə Kiçik Mütəxəssis

Bu gün

178

Təsvir

İşiniz nədən ibarətdir?


  • Korporativ müştərilərindən daxil olan əməliyyat sorğularının vaxtında və düzgün icra edilməsi;
  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq bütün növ müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Xarici və daxili müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar addımların atılması;
  • Şikayətlərin/təkliflərin və ya texniki çətinliklərin qeydiyyatı, onların gedişatının monitorinqi və müştərilərə vaxtında cavab verilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslandırılmış müştəri şikayətləri üzrə çevik və uyğun tədbirlərin vaxtında görülməsi;
  • Müvafiq daxili və normativ qaydalara uyğun olaraq şöbədə bütün funksiyaların icra edilməsi;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): müvafiq sahə üzrə minimum 0-1 il 
  • Texniki səriştələr: Daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, qeyri-kredit bankçılıq xidmətləri, korporativ bankçılıq məhsulları
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft 365 (Excel, Word, Teams), Outlook, Flex Cube
  • Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı, təşəbbüskarlıq, komandada işləmə bacarıqları, qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək

Vakansiya haqqında

Son tarix

November 14, 2025

Paylaşılıb

oktyabr 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə