Hesab əməliyyatlarını və daxil olan ödənişləri maliyyə siyasətlərinə və prosedurlarına uyğun olaraq yerinə yetirmək;
Borclu hesablar haqqında məlumatların yoxlanılması, hesablanması, yerləşdirilməsi və qeydiyyatı da daxil olmaqla gündəlik maliyyə əməliyyatlarını həyata keçirmək;
Hesabları, fakturaları və bank depozitlərini hazırlamaq;
Bütün ödənişlərin uçota alınması və düzgün saxlanması üçün mühasibatlıq dəftəri ilə uyğunluğu təmin etmək;
Uyğunsuzluqları təyin etmək və müştərilərin hesablaşma məsələlərini həll etmək;
Faktura ilə bağlı xəbərdarlıqlar göndərərək və müştərilərlə əlaqə saxlayaraq vaxtı çatan hesab-fakturaların ödənilməsini təmin etmək;
Borclu hesabların vəziyyəti ilə bağlı detallı maliyyə hesabatları və bülletenlər hazırlamaq;
Əmək haqqı, satınalma sifarişləri, hesab-fakturalar, çıxarışlar və s. daxil olmaqla bütün ödənişlərin və xərclərin uçotunu aparmaq;
Mədaxilləri təsdiqləyərək və sistem hesabatlarını balanslarla müqayisə edərək görülmüş işlərin uyğunluğunu təmin etmək;
Xərc hesabatlarını təsdiqləyərək və ödəniş çekləri hazırlayaraq işçilərə ödəniş etmək;
Ödəniş çeklərini hazırlayaraq tədarükçülərə ödəniş etmək və ödənilməmiş kredit üçün ödənişin alınmasını təmin etmək, ümumiyyətlə maliyyə ilə bağlı bütün tədarükçü sorğularına cavab vermək;
Hesablarla bağlı analizlər aparmaq və aylıq hesabatlar çıxarmaq;
Ödəniş prosesini təkmilləşdirməyə davam etmək;
Gündəlik bank və ƏDV uzlaşmasını aparmaq.
Tələblər
Maliyyə, mühasibatlıq və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsinə sahib olan naməzdələrə üstünlük verilir;
F3 və ya digər ACCA diplomuna sahib olmaq bir üstünlükdür;
Maliyyə şöbəsində minimum 2-3 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini yaxşı bilmək;
MS Office (Word, Excel (yüksək səviyyədə) və Power Point) proqramlarında işləmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Güclü analitik bacarıqlar: problemləri təkbaşına həll etmək bacarığı ilə tənqidi düşünmə bacarıqları;