• Memarlıq üzrə dizayn mərhələlərinə (konsept, eskiz/sxematik, detallı dizayn və tikinti sənədləri) rəhbərlik etmək və idarə etmək;
• Bütün dizayn nəticələrinin müvafiq normativlərə, standartlara və layihə tələblərinə uyğunluğunu təmin etmək;
• Tender proseslərinin idarə olunması: tender iştirakçılarının sorğularının cavablandırılması, izahatların verilməsi və texniki qiymətləndirmələrin aparılması; BOQ-nun və tender paketlərinin hazırlanması;
• Dizayn və tikinti mərhələləri boyunca məsləhətçilər, podratçılar, təchizatçılar və icarədarlarla sıx koordinasiyanın təmin edilməsi;
• Dizaynda edilən dəyişikliklərin idarə olunması və izlənilməsi, yenilənmiş çertyojların və sənədlərin hazırlanması;
• Material seçimi proseslərinə dəstək göstərilməsi, o cümlədən mock-up baxışları və texniki təsdiqlər;
• Layihənin tamamlanması zamanı düzgün təhvil-təslim sənədlərinin hazırlanmasını və dizaynın bağlanış mərhələsini təmin etmək;
• Dizayn risklərini müəyyən etmək və onların azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməsinə dəstək vermək;
• İcarədarlar, subpodratçılar, operatorlar, investorlar və digər maraqlı tərəflərlə sahə və ofis görüşlərinin təşkili və idarə olunması;
• Layihə üzrə çalışan bütün maraqlı tərəflər arasında effektiv və uyğun kommunikasiyanın qorunması;
• Ticarət mərkəzinin fit-out qaydalarına uyğun olaraq icarədarlar tərəfindən təqdim edilən memarlıq, MEP və shop drawing-lərin nəzərdən keçirilməsi, koordinasiyası və təsdiqlənməsi;
• Davam edən fit-out layihələri üzrə iş qrafiklərinin mütəmadi olaraq yenilənməsi;
• Lizinq / kommersiya departamentinin tələblərinin tikinti komandasına ötürülməsi və düzgün şəkildə izah edilməsi;
• İcarədar işlərinin yanğın və həyat təhlükəsizliyi sistemləri, elektrik, mexaniki, konstruktiv və ticarət mərkəzi üzrə ümumi sistemlərlə inteqrasiyasının idarə olunması;
• Yeni layihələr və ya yenidənqurma işləri üzrə funksional və məkan tələblərinin müəyyən edilməsi, dizayn, spesifikasiya, materiallar, rənglər, avadanlıqlar, təxmini xərclər və fit-out/yenidənqurma müddətinə dair məlumatların hazırlanması;
• Fit-out / yenidənqurma prosesində dizayna uyğunluğun yoxlanılması məqsədilə sahədə dövri müşahidələrin aparılması və nəticələrə əsasən snag list-lərin hazırlanması;
• Müştərilərlə əməkdaşlıq edərək layihələr üzrə tələblərin müəyyən edilməsi.
• Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
• Memarlıq dizaynı və tikintiyə nəzarət sahəsində 7–10 illik iş təcrübəsi (xüsusilə pərakəndə, kommersiya və ya qarışıq təyinatlı layihələrdə təcrübə üstünlükdür);
• Beynəlxalq və yerli tikinti norma və standartları üzrə dərin bilik;
• AutoCAD, Revit/BIM alətləri və MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
• İngilis dilində mükəmməl yazılı və şifahi bilik;
• Yaradıcı düşüncə və vizuallaşdırma bacarıqları;
• Detallara diqqətli, analitik və həll yönümlü yanaşma;
• Eyni anda bir neçə prioriteti idarə edə bilmək və sıx vaxt çərçivəsində işləmək bacarığı;
• Effektiv ünsiyyət və maraqlı tərəflərlə (stakeholder) münasibətləri idarəetmə bacarıqları;
• MEP (mexaniki, elektrik və santexnika) işləri ilə tanışlıq;
• Binalarda uyğunsuzluqları (nonconformance) yoxlamaq bacarığı;
• Təşkilatçılıq,ünsiyyət və komanda ilə işləmə bacarığı, çeviklik,detallara diqqət və etibarlılıq.
Son tarix
February 19, 2026
Paylaşılıb
fevral 6, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
5-8 il
Vəzifə dərəcəsi
Digər
Təhsil
Bakalavr