18-09-2024
1.7K
• Ticarət mərkəzinin marketinq strategiyasının işlənib hazırlanmasında Marketinq Menecerə köməklik göstərmək
• Hazırlanmış strategiyaya uyğun marketinq planı yaratmaq və planlaşdırılan tədbirlərin icrasını aktiv şəkildə idarə etmək
• Ticarət mərkəzləri ilə əməkdaşlıq çərçivəsində icarəçilərin brend və marketinq qrupları ilə kampaniyalar, yeni mövsüm, satışlar və müxtəlif tədbirlər ilə tanış olmaq üçün yaxından işləmək.
• Bütün maraqlı tərəflərin sorğularına vaxtında cavab vermək
• Onların daxili tədbirlərində köməklik gösətrmək – məhsulun təqdimatı, müştəri günləri, təqdimatlar, hədiyyə paylamaları, canlı musiqi tədbirləri, uşaq tədbirləri (məs. animatorlar, şarlar paylamaları) və s.
• Baş verən tədbirlərdən xəbərdar olmaları üçün ticarət mərkəzlərinin müdiriyyəti ilə bütün fəaliyyətləri əlaqələndirmək
• Hədəf auditoriyasını nəzərə alaraq müxtəlif brendlər üçün kreativ marketinq kampaniyaları üçün ideyalar fikirləşib hazırlamaq
• Müxtəlif PR və marketinq fəaliyyətlərini həyata keçirmək və hədəf auditoriyasına çatdırmaq üçün dizaynerlər, tədbir agentlikləri, media müxbirləri, rəqəmsal media komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək
• Müxtəlif marketinq məqsədləri üçün bazar araşdırmalarının həyata keçirilməsinə kömək etmək
• Rəqiblərin fəaliyyətini araşdırıb təhlil etmək
• Müxtəlif marketinq kampaniyalarının, tədbirlərin nəticələrini təhlil etmək
• Ticarət mərkəzlərində promo kampaniyalar, sosial media ilə bağlı bütün fəaliyyətlər və reklamlar üçün bütün partnyor reklam agentlikləri ilə əlaqədə olub əməkdaşlıq etmək, təklif olunan kampaniyaları və sənət əsərlərini təsdiq etmək, lazım gəldikdə onları yaxşılaşdırmaq və ya rədd etmək.
• Dekorasiyalar, foto künclər, səhnələr, AV avadanlıqları və s. kimi bütün marketinq işlərinə nəzarət.
• Müxtəlif növ Marketinq alışlarının həyata keçirilməsi üzrə Təchizat şöbəsi ilə sıx çalışmaq.
• Marketinq, Kommunikasiya, Tədbirlərin təşkili sahələri üzrə bakalavr dərəcəsi.
• Marketinq üzrə minimum 3 illik iş təcrübəsi (ticarət mərkəzləri və otellərdə təcrübə üstünlükdür)
• Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
• Çoxsaylı layilələri eyni vaxtda idarə etmək üçün idarəetmə bacarıqları.
• Hesabat yaratmaq, təqdimatlar etmək, marketinq göstəricilərini təhlil etmək, məlumat çıxarmaq və layihəni yeniləyərkən bu məlumatı digər komanda üzvləri ilə bölüşmək üçün yaxşı kompüter bacarıqları.
• Media ilə yaxşı münasibətlər
• Dizayn proqramları üzrə orta biliklərə sahib olmaq bir üstünlükdür.
• Sosial media idarəçiliyi üzrə yüksək biliklər
• Korporativ kommunikasiya platformalarının idarə edilməsi üzrə biliklər (LinkedIN kimi)
• Lüks pərakəndə satış brendləri ilə əvvəlki təcrübə bir üstünlükdür
• Tədbirlərin təşkili və idarə edilməsi, Məhsulların təqdimatı təcrübəsi
• Yaradıcılıq və son tendensiyalar haqqında məlumatlılıq
• Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq
• Ölkə daxilində səyahət etmək imkanı.
• Lazım gələrsə, gecə işləmək imkanı
Son tarix
noyabr 4, 2024
Paylaşılıb
sentyabr 18, 2024
Vakansiya növü
Tam ştat