Paşa Malls üçün təchizat strategiyasını və siyasətini müəyyən etmək: Strateji məqsədlərə uyğunlaşmaq üçün şirkət rəhbərliyi ilə birgə çalışmaq, şirkətin iqtisadi vəziyyətini izləmək, müxtəlif departamentlərin ehtiyacları haqqında məlumat toplamaq;
Təchizat departamentini idarə etmək: onun təşkilini optimallaşdırmaq, yeni istedadları işə götürmək, onları motivasiya etmək və komandaya təlim vermək;
Danışıqlarda iştirak etmək: mürəkkəb və ya strateji işlərdə komandaya kömək etmək, çərçivə sazişlərinə əməl etmək;
Təchizat layihələrini idarə etmək: Lazımi proseslərin həyata keçirmək, vasitələrdən istifadə etmək;
Təchizatçıların və təchizat performansına nəzarət etmək, əsas fəaliyyət göstəricilərini müəyyən etmək, bütün xərcləri və təchizat büdcəsinə nəzarət etmək, mütəmadi olaraq hesabatları tərtib etmək;
Tender təkliflərinin verilməsi, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin hazırlanması və müqavilənin verilməsi daxil olmaqla, tam müqavilə dövrünün həyata keçirmək;
Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq etmək;
Alınan məhsulların keyfiyyətini və çatdırılmaların vaxtında aparılması prosesini yaxşılaşdırmaq yollarını axtararkən xərcləmə əməliyyatlarının qiymətləndirmək;
Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək;
Təcili müştəri müraciətlərini dərhal həll eləmək;
Əlavə təchizatçıların axtarışı zamanı tədarükçülərlə əlaqələrin saxlanılması;
İstehsalata təsir edən məhsul və xidmətlərin səmərəli axını ilə bağlı müntəzəm olaraq Ticarət Mərkəzlərinin Menecerləri ilə əlaqə saxlamaq;
Xərc təhlillərinin aparmaq və təkmilləşdirmə üçün meyarları müəyyən etmək;
Məhsul çatışmazlığı zamanı itkiləri azaltmaq üçün risklərin idarə edilməsi prosedurlarının işlənib hazırlanması;
Satınalma qrupuna nəzarət etmək və lazım gəldikdə departament üzrə tapşırıqlar vermək.;
Biznesin tələblərinə uyğun olaraq satınalma proseslərinin təkmilləşdirilməsi layihələrinin başlanması.
Tələblər
Texniki, mühəndislik, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
Satınalma Meneceri kimi minimum 3 il, ümumilikdə isə satınalma sahəsində 6 il iş təcrübəsi;
Bütün səviyyələrdə inamla ünsiyyət qurmaq və nəticəyə nail olmaq üçün digərlərinə təsir göstərmək bacarığı ilə yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office proqramlarında (Excel, Word, PowerPoint) peşəkarlıq səviyyəsində bilik;
CIPS sertifikatı üstünlükdür;
Azərbaycan və İngilis dillərində yüksək (ən azı Upper-Intermediate) səviyyədə şifahi və yazılı bacarıqlar;
Konsolidə edilmiş tenderlərdə təcrübə (konsolidasiya imkanlarının müəyyənləşdirilməsi, maraqlı tərəflərlə konsolidasiya və çatdırılma tarixlərinin koordinasiyası və konsolidə tenderin icrası);
Təchizatçıların performans idarəetməsi və müştəri idarəetməsi sahəsində təcrübə;
Təchizatçı seçimi (öncədən təsdiqləmə), xidmət icrası performansının təhlili və təchizatçı inkişafı sahəsində təcrübə;
Danışıqlar aparmaq, münaqişələrin həlli və idarəetmə bacarıqlarında sübut olunmuş təcrübə;
Təzyiq altında işləyərkən nəticəyönümlü bacarıqlara malik olmaq;
Daxili proses tərəfdaşları və təchizatçılarla güclü əməkdaşlıq münasibətləri qurmaq bacarığı;
Yüksək müştəri məmnuniyyətinə can atmaq və ümumi məqsədlərə nail olmaq üçün başqaları ilə əməkdaşlıqda işləmək bacarığı.