Pasha Malls
Ana səhifə
/
/
/
Texniki xidmət üzrə nəzarətçi

Texniki xidmət üzrə nəzarətçi

  • Pasha Malls
  • 153 Neftçilər Prospekti, Bakı 1010, Azərbaycan
  • Tam ştat

09-12-2024

99

Təsvir

•      Müştərilərə yüksək səviyyəli xidmət, onların mümkün şikayətlərini cavablandırmaq üçün mövcud icarəçilərlə işgüzar əlaqələr yaratmaq;

•      Binanın təqdim olunması və istismar xidmətlərinin ən yüksək səviyyədə olmasını təmin etmək. Planlaşdırılmış istismar xidmətləri operativ rejimdə həyata keçirmək;

•      Mülkiyyətə aid bütün avadanlıqlarla və xidmət müqavilələri ilə tanış olmaq;

•      Sağlamlıq və təhlükəsizlik qanunvericiliyi, və digər ümumi xarakterli qanunvericiliklə uyğunlaşmanı təmin etmək. Bütün tələb olunan qanuni testləri yerinə yetirmək.

•      İşçi heyətinə nəzarət etmək, onu həvəsləndirmək, iş həcminin normada olmasını və iş keyfiyyətinin qəbul ediləcək səviyyədə olmasını təmin etmək; texniki xidmətin keyfiyyətinə cavabdeh olmaq və heyəti istiqamətləndirmək

•      Mütəmadi olaraq yoxlamalar aparmaq və lazım olduqda təlimlər keçirmək. Ehtiyac olduqda, iş sahələrində təlimlər keçirmək;

•      Yüksək standartlara uyğun xidmətlər göstərərkən, xərclərin nəzərdən keçirmək və mümkün olan yerlərdə xərclərə qənaət etmək;

•      Yerli bazarda rəqib şirkətlərin analoji mərkəzləri və xidmətləri ilə tanış olmaq;

•      Bütün yerli və beynalxalq standartlara riayət olunduğundan əmin olmaq üçün binanın bütün sahə və yerlərini gündəlik yoxlamaq.

•      İllik texniki büdcənin yaradılması və düzgün idarə edilməsinə dəstək olmaq.

•      Texniki anbarın nəzarətdə saxlanılması və düzgün idarə olunması.

•      Fəaliyyətdə olan elektrik qurğularına xidmət üzrə işləri təşkil etməli,onlarda sazlama, elektrik-quraşdırma, təmir işləri və ya profilaktika sınaqları aparmalı

•      Çalışdığı layihənin elektrik təsrüfatına və enerji səməriliyinə cavabdeh şəxs olmalı

•      Tabeliyində olan heyətin yerli qanunvericilk normalarına uyğun şəkildə failiyyətini təşkil etmək

•      Mülkiyyətin təhlükəsizlik texnikası,yanğın təhlükəsizliyi,texniki istismar qaydalarının və SƏTƏM tələblərinə uyğun şəkildə istismarında həm mexanik həm də elektrik təchizatında cavabdehlik daşımaq

•      Müəssisənin,struktur bölmənin elektrik qurğularının əməliyyat idarəedilməsini və qurğuların operativ xidmətini təşkil etmək

Tələblər

•      Texniki sahədə bakalavr dərəcəsi (elektrik/mexaniki sahələrə üstünlük verilir)

•      Ticarət mərkəzləri, otellər, xəstəxanalar və s.-də texniki idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi.

•      Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı.

•      MS Office proqramında mükəmməl işləmək bacarığı

•      Ticarət obyektlərinin tikintisi və texniki xidmət sahəsində təcrübə

•      Çevik bir cədvələ əsasən işləmək imkanı

•      İsitmə və soyutma, yuyulma və balanslaşdırma işləri haqqında texniki biliklərə sahib olma

•      Ticarət Mərkəzləri mühitində, texniki avadanlıqlar haqqında yüksək səviyyədə bilik və diaqnostika bacarıqlarının olması

•      Havalandırma və hava balansı, tüstü çıxarma, yanğınla mübarizə, FM200, məişət tullantıları və yağış suyu, təbii qaz paylama və BMS sistemləri haqqında biliyə sahib olmaq

•      MV, fövqəladə elektrik paylanması, LV paylanması, işıqlandırma və əlaqəli avtomatlaşdırma, aşağı cərəyan, yanğın siqnalizasiya, CCTV, PA, kart girişi, telefon məlumat sistemləri, avtomatlaşdırılmış hesablaşma sistemi və onlar üçün layihə yoxlama prosedurunu yaratmaq bacarığı.

•      Güclü təşkilatçılıq bacarığı

•      Təzyiq altında təmkinli qalmağı bacarmaq.

•      Mükəmməl danışıqlar aparmaq bacarığı

•      Əla problem həll etmə bacarığı

•      Komandanın bir hissəsi kimi işləməyi və özünü motivasiya etmə bacarığı

•      AutoCAD biliklərinə sahib olmaq, layihənin xüsusiyyətlərini başa düşmək.

Vakansiya haqqında

Son tarix

yanvar 18, 2025

Paylaşılıb

dekabr 9, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Xidmət sahələri